Ilk eşqimi axi necə unudum...

10 Kasım 2014
1 883
0
Ilk eşqimi axi necə unudum...
Ilk eşqimi axi necə unudum...

İndi mənəm həsrətindən üzülən,
Susuz qalmis cicək kimi büzülən,
Kipriyimdən damla-damla süzülən.
Göz yasimla islanmisdim,qurudum,
Ilk eşqimi axi necə unudum...

Dərdlərimi danişiram küləyə,
Qoy çatdirsin o, sevdiyim mələyə,
Sinə gəlib bu amansiz fələyə,
Hər xətadan səni özüm qorudum.
Ilk eşqimi axi necə unudum...

Bəs deyirdin sevgi bizim,eşq bizim,
Sən olmasan taqətdən düşər dizim,
Heç olmasa bir mesaj yaz əzizim.
Təsəlli ver,ürəyimi ovudum,
İlk eşqimi axi necə unudum...

İndi yoxdur tez küsüb,tez barişan,
Qisqancliqdan hər gün yanib alişan,
Hər sətirdə sevgimizdən danişan,
Bu şeirimi qəmli-qəmli oxudum.
İlk eşqimi axi necə unudum...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.