MƏN BİR AZ SEVGİDƏN UZAQ KİMİYƏM...

05 Aralık 2014
1 640
0
MƏN BİR AZ SEVGİDƏN UZAQ KİMİYƏM...
MƏN BİR AZ SEVGİDƏN UZAQ KİMİYƏM...

Mən bir az sevgidən uzaq kimiyəm...
Nə bilim? bu sevgi mənlik iş deyil.
Baxma ki, sadəlövh uşaq kimiyəm,
Ürəyim elə de çox geniş deyil.

İnsanlıq hər şeydən mənə əzizdir.
Mən könül qırmadım,ürək qırmadım.
Taylarım gündə bir adamla gəzdi,
Mən bunu özümə yaraşdırmadım.

Mən niyə beləyəm,bilmirəm nədən?
Bu sual cavabsız qalir bu gün də,
Kiminsə yerini özüm bilmədən,
Qorudum qəlbimin dərinliyində.

Bəlkə də "O" sənsən,nə olar danış?!
Bəlkə də görürük şirin yuxu biz,
Bəs niyə gedirsən səhər olmamış,
Nə yatdıq,nə yuxu görək axı biz?!

Gündə bir adamı,sevmək iş deyil...
Ürəyin məndən də axır yoruldu,
Mənimsə ürəyim çox geniş deyil,
Bagişla, deyəsən yerin dar oldu.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.