Getmə dedim Getdin

24 Aralık 2014
1 459
0
Getmə dedim Getdin
Getmə dedim Getdin


Gedirsən get,qəlbim daşdır dözəcək,
Görək bu ayrılıq kimi üzəcək,
Bir gözün həmişə məni gəzəcək,
Anasız ağlayan,körpələr kimi.

http://img7.dreamies.de/img/884/b/znfwqcrvqtv.gif

Dərdə yox,dərdimdən güləcəyəm mən,
Varlığını yoxluq biləcəyəm mən,
Səni yaddaşımdan siləcəyəm mən,
Sahibi dəfn olan nömrələr kimi.

http://img7.dreamies.de/img/884/b/znfwqcrvqtv.gif

Həsrətdən vücudun sınıxacaqdır,
Hələ dilin tez-tez karıxacaqıdır,
Ürəyin mənimçün darıxacaqdır,
Yuvası dağılan sərçələr kimi.

http://img7.dreamies.de/img/884/b/znfwqcrvqtv.gif

Unutma bu dünya çox böyük deyil,
Bir gün qarşılaşsaq küçədə qəfil,
Əzizim o zaman, öz günahın bil,
Soyuq salam versəm özgələr kimi .



R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.