Sən Getdin...

27 Aralık 2014
6 026
0
Sən Getdin...
Sən Getdin...


Sən getdin, güllərin qoxusu getdi.
Həsrət gözlərimin yuxusu getdi.
Səndən narahatdım, səndən qorxardım,
Səninlə qəlbimin qorxusu getdi.

http://img7.dreamies.de/img/632/b/anng6txe86k.gif

İndi sadələşmişəm, adiləşmişəm,
Çox şeyə bir az da laqeydləşmişəm.
Özüm də çıxıram öz yaddaşımdan,
Dəngə-düzənimi lap itirmişəm.

http://img7.dreamies.de/img/632/b/anng6txe86k.gif

Qoxunu güllərdə axtarıram mən,
Səsini dillərdə axtarıram mən.
Gözüm yolda qalıb, qulagım səsdə,
Kölgəni yollarda axtarıram mən.

http://img7.dreamies.de/img/632/b/anng6txe86k.gif

Səslədim hey səni, sən eşitmədin,
Daş da dil açardı, sən dillənmədin.
Yolun gözləməkdən gözüm saraldı,
Aylar ilə döndü, sənsə gəlmədin.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.