Laqeyd olmağın xoşuma gəlmir

01 Ocak 2015
1 733
0
Laqeyd olmağın xoşuma gəlmir
Laqeyd olmağın xoşuma gəlmir


Çox laqeyd olmusan, axır zamanlar
Sənin nəvazişin duya bilmirəm.
mesaj yazırsan, nə zəng edirsən,
Yenə də, xətrinə dəyə bilmirəm...

Hər vaxt axtarıram, gəzirəm səni,
Mənə çox görürsən bir dəqiqəni.
Bəzən düşünürəm, qayğılarımla
Bəlkə də narahat edirəm səni...

Əgər belədirsə çəkinmə, denən,
Denən ki, narahat etməyim səni.
Ömrümsən, günümsən deməklə olmur,
Sən ki, bircə dəfə sormadın məni.

Söz tapa bilmirəm, çox sevdiyimdən,
Üz-üzə gələndə uşaqlaşırsan.
Ağlaya-ağlaya gəlmişdin mənə,
Indi gülə-gülə uzaqlaşırsan…

Güya ki, sevgimiz qarşılıqlıdır,
Bu necə sevgidir, başa düşmürəM,
Bir səbəb göstər ki, sənə haqq verim,
Hələ səbr edirəm, əsəbləşmirəm…


Müəllif: Elkin Kərimli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.