Sevdiyiniz rəng xasiyyətinizdən xəbər verir - TEST
Qırmızı: Qırmızının sevginin və arzunun rəngi olduğunu hər kəs çox yaxşı bilir. Xoşladığınız rəng qırmızıdırsa, siz münasibətinizdə həyəcanverici xarakterə sahibsiniz. Sevgidə ehtirasla bərabər hər zaman başqa bir münasibətə hazırsınız.
Qara: Bu rəngi xoşlayanlar olduqca ehtiraslı və dominant xarakterlidirlər. Monotonluq onların dözmədiyi tək şeydir.
Ağ: Ağ rəngi sevənlər zadəgan, incə, təvazökar şəxslər olurlar.
Sarı: Sevgidə ehtirasdan uzaq olan bir rəngdir. Sevgidə eqoist olurlar. İntellektual, ağıllı və özünə etibarı tam olan şəxslərdir.
Çəhrayı: Bu rəng insanı rahatlaşdıran bir rəngdir. Sevgi rəngi çəhrayı olanlar şən insanlardır. Həyəcanlı və şəndirlər.
Yaşıl: Yaşıl inam və dincliyi təmsil edir. Sevgidə yaşıl rəng sakitləşdiricidir və inam vəd edir. Yaşıl sadiqliyin rəmzidir.
Bənövşəyi: Zadəganlığın və özünə inamın rəngidir. Bənövşəyi rəngi xoşlayanlar sənətlə yaxın əlaqəlidir və xəyal gücləri yüksək inkişaf etmiş olur. Sevgidə ruh əkizlərini axtarırlar.
Narıncı: Narıncı rəngi sevənlər həssas insanlardır. Həyəcanlı münasibətlər tam sizlər üçündür.
Qəhvəyi: Qəhvəyi rəngi xoşlayanlar bölüşməyi xoşlayırlar. Sevgi münasibətləri enişli-yoxuşlu deyildir. Qərarsızlıqdan xoşları gəlmir.
Mavi: Sakitliyin rəmzidir. Mavi rəngi sevərlər üçün inam və sədaqət olduqca önəmlidir. Həyəcanlı sevgi yaşayırlar.