Lətifələr =)

10 Kasım 2015
1 773
3
Lətifələr =)
Lətifələr =)


1 Bir ushaq yolda dayanan hamilə qadından soruşur. Xala sizin qarnınız niyə belə böyükdü? Qadın cavab verir. Bala mən uşaq gözləyirəm. Bir az ondan aralıda astanovkada dayanan qarnı yeke kişini görüb, ona yaxınlaşır... Dayı bəs siz nə gözləyirsiz? Kişi cavab verir. Oğlum mən avtobus gözləyirəm. Uşaq deyir dayı onda velosiped olsa menə verərsiz?

Lətifələr =)

2 İki professor universitetdə söhbət edir:
- Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.
O biri professor:
- Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
- Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər.


Lətifələr =)

3 Bir gün Azərbaycanlı iş adamı Amerikaya gedir. Amerikada gözəl bir qonaqlıq verirlər. Yeyib-içəndən sonra Azərbaycanlı soruşur : "Siz bu qədər pulu necə qazanırsınız ?". Amerikalı onun pəncərənin yanına çagırır və deyir: "Bu körpünü görürsən? Bax o körpü 1 mln.dollara başa gəlməli idi. Amma beş yüz min dollara başa gəldi". Bir gün də Amerikalı iş adamları Azərbaycana gəlir və həmin Azərbaycanlı onlara daha gözəl qonaqlıq verir. Yeyib-içdikdən sonra, Amerikalılar təəcüblə soruşurlar: "Bəs siz bu qədər pulu necə qazanırsınız ?". Azərbaycanlı onları pəncərənin qabağına çağırır və deyir : "Bu körpünü görürsünüz?". Amerikalılar orada körpünün olmadığını deyəndə, Azərbaycanlı deyir : "Amma olmalı idi"

Lətifələr =)


4 Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə:
-A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?!
Kişi sakitce;
-Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib.



Lətifələr =)

Müəllim:
5 -Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürrmüşdük.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    gozel letifelerdi gormuwdum ama azdi :) ellerine salik
  2. _afoRoz_
    Az olsada qeseydi cox sagolun gifide beyendim
  3. -Aydan-
    ........-Buyurun-...........
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.