Just smile
1. Bir gün bir oğlan dayanır tində, görür bir polis meymunla gedir. Oğlan deyir: İndidə itlə gəzirsən? Polis cavab verir ki: İt deyil, meymundu. Oğlan deyir: Sənlə deyiləm, meymundan soruşdum.
2. Bir kişi yol ilə gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyir çıxa bilmir, axırda öz özünə deyir:
- Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.
3. Nənə nəvəsini yatırtmaq üçün mahnı oxuyur. 1 saat.............. 2 saat.......... uşaq əsnəyərək soruşur: "Nənə, olar mən yatım? Yoxsa sən hələ oxumaq istəyirsən?
4. Bir gün bir kişi ölüm döşəyində olur. Arvadına üzünü çevirib deyir:
- Ay arvad, fikirləşirəm ki, ilk dəfə qəza keçirəndə sən mənim yanımda idin. Sonra iflas elədim, onda da yanımda idin. Sonra məni döydülər onda da yanımda idin.
Qadın qürurlanar və dinləməyə davam edər. Kişi:
- İndi də ölüm döşəyindəyəm və yenə yanımdasan. Sən nə uğursuz qadınsan eee.
5. Bir kişi inşaatda işləyərkən birdən aşağıdan səs gəlir:
- Vaqif, oğlun olub!
Kişi özünü itirib aşağı tullanır. Yerə düşərkən fikirləşir:
- Mən axı evli deyiləm! Mən evli deyiləmsə, oğlum da ola bilməz. Bir də ki, mənim adım heç Vaqifdir ki.
6. Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim Afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur, onu necə öldürürlər?
- Xüsusi silahla.
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla.
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır, sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə???
7. Bir gün qarışqa filə qışqırır:
- Ay fil tez hovuzdan çıx!
- Niyə?
- Sənə dedim ki, hovuzdan çıx!
- Niyə çıxmalıyam eee?
- Mənim beynimi xarab eləmə çıx.
Fil hovuzdan çıxıb,deyir:
- Hə çıxdım nə olub?
- Hə indi gir. Elə bildim plafkimi sən geymisən!!!
8. Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə, dünənkini edəcəm.
Ayı qorxur, durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur:
- Dovşan qardaş, dünən neynəmişdiniz ki?
- Heç nə, ayaq üstə getmişdim
9. Bir gün qarışqa meşədə qışqıra-qışqıra qaçır.. Birdən qabağına timsah çıxır. Ağzını yekə açıb soruşur:
- Noolub eee, səsin-küyün bürüyüb meşəni?
Qarışqa cavab verir:
- Meşəyə insanlar gəlib. Kimin ağzı yekədirsə, onu öldürürlər.
Timsah ağzını balacalaşdırıb deyir:
- Di, sən öl.
10. Bir əsgər olur. Bir gün arı yeşiyinə baxanda gözünü birini arı vurur.
Komandir gəlib rusca soruşur ki,
- nə olub?
Oğlanda rusca bilmədiyi üçün deyir:
- Balşoy yeşik malinki deşik arı vız-vız qlaza dız-dız xD
11.
- Kimdi?
- İşıq puludu, evdə kimsə var?
-Hə bacım evdədi.
- Çağırda onu.
- 1 dəq gözləyin əmi.
Kamil qayıdır deyir:
- Əmi ağır idi, beşikdən götürə bilmədim...xD
12. Bir kişi yolnan gedəndə ayağı daşa ilişir yıxılır.
Ayağa qalxır deyir: "lənət sənə kor şeytan".
Şeytan qıraqdan çıxıb deyir: "kor atondu, gedəndə ayağıvın altına bax da" xD
13. Arvad ərinə zəng edir:
- Hansı cəhənnəmdəsən?
- Əzizim, yadındadı qızıl dükanı? Hansı ki, sənin xoşuna gələn boyunbağı var idi orda.
Amma, mənim yanımda yetərincə pul olmadığı üçün onu ala bilməmişdim. Və demişdim ki, həmin boyunbağı bir vaxt sənin olacaq?!
- (arvadın səsi dəyişir) həə heyatım yadımdadı
- hə bax həmin qızıl dükanının yanındakı disco clubdayam xD
14. Oğlan: hardasan?
Qız: maşın sürürəm
Oğlan: nə? nə maşını? dəli eləmə məni!
Qız: qorxma atamın maşınıdı
Oğlan: oh bə, elə bildim ki...
Qız: hə, sadəcə qonşunun oğlu roldadı, məndə onun qucağında, mən təkcə rolu tutmuşam, hər şeyi o idarə edir, narahat olma xD
15. Mamed 1-ci sinifə gedir...
Müəllim: Saymağı bilirsən?
Mamed: 123456...
Müəllim: qalanları???
Mamed: Valet, Dama, Karol, Tuz xD
16. Nəvə: nənə pensiya kartın məndədi ee :)
Nənə: uşaqlıqda hamamda çəkdirdiyin şəkillər də məndədi ee. xD
17. Kinolarda olur ee qıznan çiyin-çiyinə dəyirsən, qızın kitabları tökülür, əyilirsiz yığmağa göz-gözə gəlirsiz....♥
Mən də bu düşüncəynən qıza çiyin atdım, əlindəki İPhone yerə düşüb çilik-çilik oldu. Yaxşı ki, sürətim var qaçdım getdim. Arxamca gül ağzını açmışdı xD
18. Bir gün maşın qəzaya düşür... Maşında olan 2 qadın hərəsi yolun bir tərəfinə ölümcül vəziyyətdə düşüb qalır... Bir təhər biri sürünə-sürünə o birinin yanına gəlib deyir:
- Az həəə, elə onu deyirdim axı... xD
19.
- İçki içək? - Hə.
- Siqaret çəkək? - Hə, gəl..
- Nəyşə verim? - Ooo, əlbəttə ki..
- Dondurma alaq? - Ala, dəlisən? Boğazımız ağrıyar xD
20. 7-ci sinifdə oxuyan oğlan məktəbdə partanın altında gizlicə playboy jurnalına baxır... Müəllimə bunu görür yaxınlaşır və jurnalı uşaqdan alır, deyir:
- Sabah sənin anavı görmək istəyirəm!
- Sabahı neyniyirsiz ki? 18-ci səhifəyə baxın görərsiz ...xD
21.
- İki bığlı qız söhbət edir. Biri qorxulu şey danışır, o biri deyir:
- az bəsdi bığlarım biz-biz oldu:))