Nərgiz Paşayevanın qızı: “Babamın bağ evində...” - FOTOLAR
Feat.Az publika.az-a istinadən xəbər verir ki, “Nargis” jurnalına verdiyi müsahibədə Ülviyyə Mahmudova 2016-cı ilin onun həyatında nələrlə əlamətdar olmasından danışıb.
- 2016-cı il sizin üçün necə yadda qaldı?
- Mənim üçün yaxşı oldu. Elə bu cür də xatırlayacağam.
- Həyatınızda ən yaddaqalan Yeni İl bayramı?
- Babamın bağ evində bütün ailə üzvləri toplanmışdı. Onda 19 yaşım var idi. Hər şey çox əyləncəli və zövqlü idi.
- Möcüzələrə inanırsınız?
- Əlbəttə inanıram. İnanmadan yaşamaq çətindir.
- 2017-ci ildən nə gözləyirsiniz?
- Hər kəsin sağ-salamat və sağlam olmasını gözləyirəm.
- İndi sizə ən çox yaxın olan sitat?
- “Afrikada kifayət qədər çox vaxt keçirdim və orada insanlar hansı problemlərlə qarşılaşdığını gördüm. Bundan sonra evə qayıdanda mən başa düşdüm ki, ətrafımdakı insanları narahat edən problemlər barədə heç bir şey eşitmək istəmirəm”.
Bu sitat Leonardo Di Kaprionundur. Onun düşüncəsi və həyata baxışı mənə təsir edir. Ona görə də, bu gün məhz bu sitatı seçirəm.
- Oxuculara nə arzu edərdiniz?
- Mən yeni ildə hər kəsə arzu edirəm ki, hər birimiz xırda məsələlərə diqqət yetirməməyi öyrənək, hər boş şeyə görə üzülməyək və həyatın hər anını qiymətləndirmək. Çünki həyat çox kövrəkdir. Gəlin, sevinək və yaxınlarımızın, sevdiyimiz insanların yanımızda olduğuna görə onları qucaqlayıb sevirəm sözünü deyə bildiyimiz üçün taleyə minnətdar olaq. Öz səmimi hisslərin haqqında hər gün danışmaq çox vacibdir!