Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar

20 Mart 2017
2 141
0
Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Şeyma Subaşı

Acun Ilıcalı ilə gizli eşq yaşayan və daha sonra bir qız uşağı dünyaya gətirən Şeyma Subaşı, hər kəsin tanıdığı isimlərdən biri oldu. Subaşı ilk olaraq Acun Ilıcalı'nın təqdim etdiyi Var Mısın Yok Musun yarışmasında iştirak etmişdi.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Chloe Loughnan Ortaç

Litva əsilli maneken Chloe Türkiyənin məşhur pop ulduzu Serdar Ortaç'la evləndikdən sonra bir anda ulduzu parladı. Gözəl maneken bu evlilikdən sonra bir çox serialda iştirak etmək təklifi belə aldı. İrəliləyən zamanlarda evlilik proqramı apaması gözlənilir.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Okan Kurt

İş adamı Okan Kurtun da bu aralar adı tez-tez çəkilir. Onu bu cür məşhur edən şey isə Demet Aklalın ilə olan evliliyidir. Yoldaşını heç bir zaman tək buraxmayan Kurt'u daima ekranlarda görmək mümkündür.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Kaya Çilingiroğlu

Çilingiroğlunun şöhrət qazanmasında Hülya Avşar ilə yaşadığı evliliyin böyük payı var. Məşhur iş adamının Hülya Avşarla yaşadığı evlilikləri müddətində və daha sonra boşanmalarında adından tez-tez bəhs edildi. İndilərdə isə bir idman proqramında şərhçi olan Çilingiroğlu ekranlarda tez-tez görünməyə davam edəcəyi bəllidir.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Işıl Reçber

Məşhur futbolçu Rüştü Reçber'in həyat yoldaşı da diqqətləri üzərinə çəkən xanımlardandır. Işıl özünə xas tərzi ilə bir moda proqramında münsif vəzifəsinə belə təyin olundu.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Asena Atalay

Son zamanlarda dillərdən düşməyən daha bir xanım isə Asena Atalaydır. Türkiyə onu məşhur futbolçu Caner Erkin ilə etdiyi evliliklə tanıdı. Bu evlilikdən bir oğlu olan Atalay daha sonra Erkin ilə boşandı. Kanal D'də maqazin proqramı aparıcılığı edən Atalay etdiyi işdən çox indilərdə Caner Erkinə qarşı açdığı təzminat iddiasıyla dillərdən düşmür.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Gizem Soysaldı

Bütün Türkiyənin tanıdığı aktyor Halit Ergenç'le eşq yaşamağa başlayıb qısa müddətdə evləndi. Amma bu sürpriz evlilik yalnız 16 ay davam etdi. Bu müddətin sonunda Ergenç və Soysaldı boşandı. Soysaldı Ergenç ilə eşq yaşadığı öyrənildiyi andan etibarən medianın diqqətini üzərinə toplaya bilmişdi.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Doğa Rutkay

Doğa Rutkay əslində şöhrətin tam ortasında doğulmuşdu .. Atası usta teatr və kino aktyoru Rutkay Aziz idi .. Buna görə uzun müddət Rutkay Azizin qızı deyə barmaqla göstərilən bir uşaq oldu. Daha sonra canlandırdığı xarakterin adıyla yəni Memoli olaraq tanınan Mehmet Ali Alabora'nın sevgilisi olaraq şöhrət qapılarını daha sürətli bir şəkildə aralamış oldu.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Faik Öztürk

Əsl işi administratorluq olan Faiq Öztürk də bir anda ekranda məşhur olan isimlərdən biridir. Safiye Soyman ilə birlikdə yaşayan Öztürk, rəngli şəxsiyyəti ilə Safiye Soyman sayəsində hər kəsin marağını çəkdi.


Həyat Yoldaşları və Sevgililəri Vasitəsilə Tanınan Məşhurlar
Erkan Çelik

Seda Sayan ilə birlikdə olan Erkan Çelik, birlikdə olduğu zaman birdən şöhrət qazananlardandır. İndilərdə şeir və musiqi proqramı aparan Çeliyin daha da şöhrət qazanacağı bəllidir.


Əliyeva Günay
Feat.az

RƏY ƏLAVƏ ET