Göbələklə qızardılmış forel

08 Şubat 2015
1 401
0
Göbələklə qızardılmış forel
Göbələklə qızardılmış forel

Tərkibi:

500 q forel və ya qızılbalıq
3 pomidor
200 q şampinyon
1 baş soğan
100 q sürtgəcdən keçirilmiş pendir
bitki yağı
duz
istiot
göyərti
sarımsaq + mayonez (zövqə görə)

Soğan və göbələyi doğrayıb birlikdə bitki yağında qovurun.

Balığı steyklərə doğrayın, duz, istiot vurun, yağlanmış formaya düzün.

Göbələk qovurmasını üzərinə döşəyin. Pomidorun qabığını soyun, fal-fal doğrayıb üstünə düzün, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

Zövqə görə xırdalanmış sarımsaqla mayonez də əlavə etmək olar, bu, balığın dadını bir qədər basdırır.

Balığı 180-200 dərəcə qızdırılmış sobada 20-30 bişirin. Lazım gələrsə, üzərinə folqa çəkin,

Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpin.

Qeyd: Bunu filedən də hazırlaya bilərsiniz. Forel və ya qızılbalığı digər balıqla əvəzləyə bilərsiniz. Əgər balıq yağsız olarsa (məsələn, cod balığı), o zaman mayonez çəkmək mütləqdir, əks halda balıq quru və dadsız alınacaq.

Nuş olsunol!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.