Meksika pizzası

30 Kasım 2015
1 370
2
Meksika pizzası
Meksika pizzası

Tərkibi:

175 qr un
10 qr yaş maya
3 stəkan ilıq su
5 qr duz
250 qr şəkər tozu (Pomidor sousu üçün)
5 pomidor
1 soğan
2 diş sarımsaq
60 qr tomat
3 qaşıq zeytun yağı (Üzəri üçün)
100 qr rəndələnmiş mozzarella pendiri
500 qr döş əti (toyuq)
100 qr yaşıl zeytun
1 stəkan qarğıdalı
100 qr göbələk
2 ədəd acı bibər



Hazırlanması:

Bir qabda ilıq su, maya, duz və şəkəri qarışdırıb şişənə qədər 15-20 dəqiqə gözlədin. Unu qaba töküb ortasını hovuz kimi açın. Mayalı suyu əlavə edin. xəmiri yoğurun. Üzərini bezlə örtüb mayalanması üçün 30 dəqiqə gözləyin.
Mayalanan xəmiri təkrar yoğurun və 4 bərabər hissəyə ayırın. Xəmirləri un səpilmiş yuxa yayanın üstündə oxlovla 20 sm diametrində açın.
Pizza sousu üçün; soğan və sarımsaqları soyub doğrayın. Pomidorları sürtgəcdən keçirin. Zeytunyağını bir tavada isidin. Soğan və sarımsaqları əlavə edib qovurun. Rəndələnmiş pomidorları əlavə 5 dəqiqə bişirin. Tomatı əlavə edib 5 dəqiqə daha bişirin. Pizza sousunu soyumaq üçün kənara qoyun.
Toyuq ətini qaynadıb süzün və doğrayın. Yağlanmış sobanın listinə xəmirləri yerləşdirib üzərinə mozzarella pendiri səpin.
Göbələkləri təmizləyib incə doğrayın. Zeytunu dilimləyin. Toyuq əti, qarğıdalı, göbələk və acı sousu bir qabda qarışdırıb pizzanın üzərinə yayın. Əvvəldən isidilmiş 200 dərəcəyə nizamlı sobada 8-10 dəqiqə bişirin.


Meksika pizzası

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Pizzaları məndə çox sevirəm bu pizzadanda yemişm dadlıdır .. Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 1 Aralık 2015 22:56
    Pizzani coox sevirem.Tez-tez bisirirem..Yoxlayacam bu reseptle de..Tesekkurler..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.