Almalı pastila

10 Aralık 2015
1 332
0
Almalı pastila
Almalı pastila

Almalı pastila

Tərkibi:

2 kq alma (anton, başqa növ də olar)
2 yumurtanın ağı
1 st. şəkər tozu
100 q şəkər pudrası


Almalı pastila

Hazırlanması:

Almanı yuyub qabığını təmizləyin. Cecəsini çıxarıb dilimləyin. Xırda doğrayın, formaya yığıb 170 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. Alma yumşalmalı və çalmaq üçün rahat olmalıdır.

Almanı başqa qaba yığın, ayrılan şirəsinə dəyməyin, 0,5 st. şəkər tozu əlavə edib ağarıncaya qədər çalın (ən az 15 dəqiqə).

Yumurta ağlarını ayrı qabda, qaşıq-qaşıq şəkər tozunu əlavə edərək, çalın.

Almalı qarışıqla bezeni eynicinsli kütlə alınanadək qarışdırın, bu qarışığın təxminən 4 xörək qaşığını başqa qaba qoyun (lazım olacaq).

Qalan "xəmiri" perqament döşənmiş formaya töküb 100 dərəcə qızdırılmış sobada ağzı açıq olmaqla 5-7 saat qurudun. Hazır pastilanın rəngi qızılı-qəhvəyi olmalıdır. Bişməyindən əmin olmaq istəyirsinizsə, kibrit çöpü ilə yoxlayın.

Hazır pastilanı enli bıçağın köməyilə kağızdan aralayın.

Pastilanı eninə bir neçə yerə bölün (2 - 3 - 4 - hündürlüyündən asılıdır). Aralarına ayırdığınız qarışıqdan çəkin, üst-üstə yığın. Yenə də 100 dərəcə qızdırılmış ağzıaçıq sobada 2 saat bişirin.

Sonra üzərinə və kənarlarına bol-bol şəkər pudrası çəkin.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.