Kişi kaprizi salatı: mal əti ilə

10 Eylül 2016
4 775
0
Kişi kaprizi salatı: mal əti ilə
Kişilər əslində qadınlardan kaprizlidir. O qədər kaprizlidirlər ki, hətta bu şərəfə salat da icad olunub. Deyəsən, bu salat onların çox xoşuna gəlir. Hazırlayaq, sınayaq...

Ərzaqlar:


Mal əti – 200 qr.
Soğan – 1 baş
Yumurta – 3 ədəd
Pendir bərk – 100 qr.
Mayonez – 200 ml.
Limon suyu – 1 x.q.
Duz, istiot

Kişi kaprizi salatı: mal əti ilə

Hazırlanması:

Mal əti suda bişirilir, soyudulur. Soğan halqavari doğranılır, üzərinə qaynar su alınır, 1 dəqiqə sonra süzülür. Bir stəkan suya limon suyu sıxılır, soğan bu suda 20 dəqiqə marinadlaşdırılır. Sonra su süzülür, soğaın salfet arasında tam suyu hopdurulur, indi salata qatmaq üçün hazırdır.
Salat boşqabına bir lay soğan düzülür, mayonez şprislə tor kimi soğanın üzərindən çəkilir. Mal əti uzunsov doğranılır, soğanın üzərindən düzülür, duz, istiot vurulur, yenidən mayonezdən tor çəkilir.
Yumurta irigözlü sürtgəcdən keçirilir, bir lay da yumurta qoyulur. Yenidən mayonezlənir. Pendir xırdagöz sürtgəcdən keçirilir və salatın üzəri pendirlə tam bağlanır. Salatı göyərti və ya qara zeytunla dekor edə bilərsiz. Kişi kaprizi hazırdır. Nuş olsun!

Kişi kaprizi salatı: mal əti ilə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.