Lokumu evdə özünüz hazırlayın – ASAN RESEPT

18 Ocak 2018
2 212
0
Lokumu evdə özünüz hazırlayın – ASAN RESEPT
Artıq şirniyyat süfrələrində cürbəcür lokumlar da yer alır. Bir çoxlarımız çayla lokum içməyi xoşlayırıq. Hamımızı həmin şirniyyatları mağazadan alırıq və düşünürük ki, onu evdə hazırlamaq çətin olar. Amma elə deyil. Feat.Az sizə evdə lokum hazırlamağın qaydalarını təqdim edir.


Ərzaqlar:

1 kq şəkər tozu
Yarım litr su
1 yemək qaşığı limon suyu
1 stəkan nişasta
Yarım stəkan su
2 qr krem tartar (tartarik turşunun duzu)


Üstü üçün:
1 stəkan pudra şəkəri



Hazırlanması:

Şəkər tozunu və yarım litr suyu qazanın içində qaynadın. Yaxşıca qaynamağa başlayanda içinə limon suyunu tökün.



Başqa qabda bir stəkan nişastanı və yarım stəkan suyu qarışdırın. Bunu qaynatdığınız suyun içinə əlavə edərək, qarışdırmağa davam edin. Son olaraq krem tartarı tökün. Bir az qatılaşanda ocaqdan götürüb bir siniyə yayın və soyumağa qoyun.

Soyuyan lokumları kvadrat şəklində kəsin və pudra şəkərinə batırın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.