Germknödel Resepti » Feat.Az Sekiller, Xeberler, Yazili

Germknödel Resepti

07 oktyabr 2018
180
0
Germknödel Resepti
Tərkibi:
1 su stəkanı süd
Yarım çay stəkanı şəkər
1 yumurta sarısı
1 şorba qaşığı qarğıdalı unu (Ya da nişasta)
1 paket vanil

Xəmir üçün:
300 qr. un
10 qr. maya
30 qr şəkər
1 yumurta və 1 yumurtanın sarısı
50 qr. otaq istiliyində kərə yağı
5 qr duz
Yarım limon rəndəsi
180 ml. süd

İçinə:
100 qr. ərik mürəbbəsi

Üzərinə:
5 qr darçın
20 qr. üyüdülmüş xaşxaş
20 qr. pudra şəkəri

Hazırlanması:
Qazana südü, şəkəri qoyub qaynadın. Bir kasada nişastayı, yumurta sarısını, vanil yarım çay stəkanı su və ya südlə qarışdırıb əridin. Bu qarışığı qazana əlavə edin və qarışdıra-qarışdıra zəif atəşdə bişirin. Bişdikdən sonra soyumağa buraxın. Soyuduqdan sonra istədiyiniz kimi istifadə edin.

Xəmir qabına unu tökün, ortasını açıb mayanı içinə qarışdırın. Üzərinə bir az şəkərtozu əlavə edib və südümüzdəndə də az töküb kənarlardan un götürüb üstünü bağlayaq və 15 dk. gözləyək. Maya qabarınca bağladığımız unun üzərinə daşar. Digər ləvazimatlarımızın hamısını xəmirimizə əlavə edib ələ yapışmayan bir xəmir yoğurun yalnız çox yumşaq olmamalıdır amma çox da qatı olmaması lazımdır. Xəmiri üzəri bağlı olaraq təxminən 40 dk. gözlədin.

Yaxşıca qabardıqdan sonra xəmiri 6 parçaya bölün. Xəmiri əlinizlə geniş bir şəkildə açıb içinə mürəbbəni qoyub bağlayın . 20 dəqiqə daha gözlətdikdən sonra böyük bir qazanda su qaynadıb içinə də 1 çay qaşığı duz atın, xəmirləri içinə qoyub altını azaldın və təxminən 10 dəqiqə üstü bağlı bişirin.

Sonra qazanın qapağını açın və xəmirləri çevirin və qapağı açıq olaraq 10 dəqiqə. daha digər tərəfini bişirin. Əvvəldən hazırladığınız vanil sousunu qaba qoyun, üzərinə də germknödelləri qoyub və vanil sosumuzdan üzərinə sürtün. Darçın, xaşxaş və pudra şəkərini qarışdırın və üzərinə sürtün. İsti olaraq xidmət edin.
Şərh Yaz