Faydalı mürəbbə bişirmək istəyirsinizsə, bu qaydalara əməl edin

29 Mayıs 2016
1 830
0
Faydalı mürəbbə bişirmək istəyirsinizsə, bu qaydalara əməl edin
Yay aylarında xanımlar müxtəlif mürəbbələri, cemləri tədarük edir.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, düzgün bişirilmiş mürəbbə çox faydalı müalicəvi məhsuldur. Mürəbbələr müxtəlif xəstəliklər zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur, qış aylarında bizi vitaminlər və s. faydalı maddələrlə təmin edir, immun sisteminə müsbət təsir edir, hətta əhval-ruhiyyəni yaxşılaşdırır.

Mütəxəssislərin fikirinə görə, ən faydalı mürəbbələr bunlardır:
- moruq mürəbbəsi iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır
- heyva mürəbbəsi ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır
- zoğal mürəbbəsi soyiqdəymə xəstəlikləri, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir
- qoz mürəbbəsi ürək üçün faydalıdır, qalxanvari vəzi zamanı əsl təbii dərmandır, aterosklerozun profilaktikasında istifadə olunur
- qara qarağat avitaminoz, ürək və damar xəstəlikləri, bronxit zamanı faydalıdır, qanın tərkibini yaxılaşdırır
- quşüzümü mürəbbəsi güclü mikrob və iltihab əleyhinə təsirə malikdir
- çaytikanı təbii biostimulyatordur, həzmi yaxşılaşdırır, qaraciyərin sağlamlığına müsbət təsir edir
- zirinc mürəbbəsi - iltihabəleyhinə və hərarətsalan təsirə malikdir, polivitamin vasitədir.
Yüksək temperaturun təsirindən meyvələrdə olan bəzi faydalı maddələ qismən dağılır. Bu maddələri saxlamaq üçün mütəxəssislər mürəbbələri mümkün qədər soyuq üsulla bişirməyi tövsiyə edirlər - meyvələr blenderlə əzilir və şəkər tozu ilə qarışdırılır. Belə mürəbbələrdə faydalı maddələrin 95%-i saxlanılır.
Digər üsul - mürəbbəni qaynara düşəndən sonra 3-5 dəqiqə qaynatmaq, soyutmaq və bunu 3-4 təkrar etmək lazımdır. Bu halda mürəbbədə faydalı maddələrin 70%-i saxlanılır.
Mütəxəssislərin fikirinə görə, evdə bişirilmiş mürəbbələr və cemlər daha faydalıdır. Dükanlarda satılan mürəbbələrin tərkibində konservantlar, aromatizatorlar və s. ziyanlı maddələr var. Həmçinin onların tərkibində vitaminlər da azdır.
Mütəxəssislər giləmeyvələrin çəyirdəklərini çıxartmamağı tövsiyə edir. Çəyirdəklərdə bir çox faydalı maddələr var. Lakin belə mürəbbələri 1 ildən çox saxlamaq olmaz. Əks halda belə mürəbbə zəhərlənməyə səbəb ola bilər. Çəyirdəksiz mürəbbələri 3 ilə kimi saxlamaq olar.
Mürəbbələri yalnız sağlam meyvələrdən bişirmək lazımdır. Çürük meyvələrdə toksinlər var ki, bu toksinlər bişirilmə zamanı dağılmır və sonra orqanizmdə yığılaraq çox ciddi xəstəliklərin, o cümlədən, onkoloji xəstəliklərin, inkişafına təkan verə bilər.
Mürəbbələri allüminium və mis ləyənlərdə bişirmək olmaz, bu faydalı maddələrin dağılmasına səbəb olur. Mürəbbələri enli emallı və ya paslanmayan poladdan olan ləyənlərdə bişirmək lazımdır.
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (69)
21:00
0

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (69)

14.11.2019 Gündəlik Bürclər (14 Noyabr 2019)
21:00
0

14.11.2019 Gündəlik Bürclər (14 Noyabr 2019)

İntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR
19:00
78

İntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (319)
18:00
179

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (319)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (338)
17:00
309

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (338)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
115

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Hansı dərmanı hansı saatda qəbul etməli – Vaxtın təsiri varmı?
15:00
51

Hansı dərmanı hansı saatda qəbul etməli – Vaxtın təsiri varmı?

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (57)
14:00
274

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (57)

Bürclər Xoşbəxt Olmaq İstəyirsə Bunlara Diqqət Etsinlər - Foto
13:00
259

Bürclər Xoşbəxt Olmaq İstəyirsə Bunlara Diqqət Etsinlər - Foto

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ