Mobil qurğuların enerji ilə doldurulması üçün orqanik "ağac" yaradıldı

21 Şubat 2015
1 562
0
Mobil qurğuların enerji ilə doldurulması üçün orqanik "ağac" yaradıldı
Mobil qurğuların enerji ilə doldurulması üçün orqanik "ağac" yaradıldı

Finlandiya Texniki Araşdırma Mərkəzində (VTT) çalışan alimlər qrupunun Oulu şəhərində təqdim etdiyi yeni həllin köməyi ilə mobil qurğuları enerji ilə doldurmaq olar. Yeni həll orqanik materiallardan hazırlanmış nazik və elastik günəş panel rolunu oynayan yarpaqlara malik “ağac”dır.
"ICTnews" elektron xəbər xidməti bildirir ki, qurğu “3D” printerin köməyi ilə yaradılıb. "Ağac"ın yarpaqları enerjini ekoloji cəhətdən təhlükəsiz yolla (bərpa olunan mənbələrdən) alaraq toplaya bilər.
Belə yarpaqlar VTT tərəfindən ixtira edilmiş unikal texnologiya üzrə yaradılıb.
"Ağac"ın yaradıcıları ümid edirlər ki, bu həll investorlarda maraq doğuracaq və tədricən kütləvi istehsal ediləcək və Oulu regionunu yeni iş yerləri ilə təmin edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.