Seksual Arzunun Bitdiyi Nöqtə: Aseksualizm

Seksual Arzunun Bitdiyi Nöqtə: Aseksualizm
Seksual Arzunun Bitdiyi Nöqtə: Aseksualizm

Aseksualizm şəxsin bakir(ə) olduğu və ya intim təcrübəsinin olmaması mənasına gəlmir. Araşdırmalar göstərir ki, cinsi istək hiss etməyən şəxslər əsasən münasibətdə olurlar, hətta bəziləri cinsi əlaqəyə də girirlər. Bu nöqtədə cinsi istəyin romantik istək ilə eyni olmadığını ifadə etmək lazımdır. Çünki aseksual fərdlər cinsi istək hiss etməsə də, romatik bir münasibət arzulaya bilirlər. Aseksualler cinsi əlaqəyə girdikləri bir partnyorları varsa, onu xoşbəxt etmək və ya məcbur olduqları üçün aseksual olduqlarını gizlədə bilərlər.

Aparılan araşdırmalara görə, özlərini aseksual olaraq xarakterizə edən bir çox adam masturbasiya edir, hətta cinsi fantaziya belə qurur. Yenə də, aseksual olmayan kəslərlə müqayisə edildiyi zaman bu göstərici çox qat-qat aşağıdır.. Masturbasiya aseksuallar üçün olduqca fərqli bir təcrübə olaraq görülür. Onlar üçün bu hərəkət masturbasiya əsnasında erotik bir görüntü zehinlərində canlanmadan reallaşır.

Bir çox elm işçisinə görə aseksualizm fərqli cinsi orientasiya olaraq qəbul edilir. Bu fikri dəstəkləmək üçün aparılan araşdırmada bəzi bioloji faktorların aseksualizm və homoseksualizm ilə bənzər olduğu iddia edilir. (Məs: Solaxay olma ehtimalının yüksək olması, xüsusilə kişilərdə) Bu da bizə aseksual seçimin formalaşmasında kompleks bioloji faktorların olduğunu söyləyir.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.