"Atalar və övladlar"

01 Ağustos 2016
2 037
0
"Atalar və övladlar"
Valideynlər övladlarının həyatında hansı rolu oynayırlar? Ataların övladların tərbiyyəsi ilə məşğul olması nə dərəcədə önəmlidir? Bu dəfə ata-övlad münasibətlərinə toxunmaq istərdik. Doğrudur, çox zaman atalar analara nisbətən övladları ilə daha az zaman keçirirlər. Lakin bu o demək deyil ki, zaman azlığı ataları bu məsuliyyətdən azad edir. Az zaman olsa belə bu zamanı övlad ilə dəyərli keçirmək daha önəmlidir. Beləki atanın verdiyi yaxşı və düzgün tərbiyəni heç bir məktəb verə bilməz. Uşaqlar ataları tərəfindən etinasızlığa məruz qaldıqda, qayğısızlığını gördükdə daxillərində qurduqları ata prototipi dağılır. Məhs bu ödənilməmiş ata sevgisi uşaqlarda daxili gərginlik, aqressivlik kimi halların yaranmasına gətirib çıxarır. Bəs görəsən ata-övlad münasibətləri nə üçün önəmlidir və necə qurulmalıdır? Aşağıdakılara diqqqət yetirək:

1.Ata ilə münasibət önəmlidir. Övladın özünü qiymətləndiməsində, güvən duyğusunda, təhlükəsizliyinin ödənilməsində və s. ata övladlar üçün böyük əhəmiyyət kəsb edir.

2.Ata – övladı üçün bir kişi modelidir. Oğlan övladı üçün nümunə, qız övladı üçün isə əks cinslə olan ilk münasibətidir ki, hansı ki, çox zaman bu münasibət onların gələcəkdə də əks cinsə olan münasibətinə təsir edir. Bunun üçün də ata övladları üçün yaxşı bir örnək olmalıdır ki, oğlan övladları onu özlərinə nümunə kimi bilsinlər, qız övladları isə əks cinsə olan münasibətlərini yaxşı istiqamətdə formalaşdırsınlar.

3.Sağlam ata – övlad münasibətləri uşaqların zehni baxımdan daha yaxşı inkişafına kömək edir.

4.Atanın elə ilk gündən övladı ilə məşğul olması, onunla zaman keçirməsi, oyunlar oynaması, onlarla ünsiyyət qurması olduqca vacibdi. Bu onların özlərinə olan inam hissinin, özünüqiymətləndirmənin, ətraf mühitlə münasibətlərin və s. formalaşmasına təsir edir.

5.Atalar övladları ilə əsil dost olmağı bacarmalı, övladlar da bu dostluq üçün atalarına yardım etməli, şərait yaratmalıdırlar. Öz hislərini, düşündüklərini atalarına deməkdən, hər hansı problem qarşısında qaldıqda atalarına danışmaqdan və kömək almaqdan çəkinməməlidirlər, bu sıx ünsiyyətin yaranmasına yol açacaq.

6.Atanıza hörmətləmi yanaşırsınız? Hörmət edək, səmimi olaq. Bu bizə çox şey verəcək.

7.Gizlətməyək, yalan danışmayaq. Atadan nələrisə yalanlarla bəzəyib doqruları gizlətmək onun bizə qarşı inamsızlığına səbəb ola bilər. Yalan danışmayaq ki, hər hansı yalnış addımımızda bizə kömək edə bilsin və bizə olan inamı sarsılmasın.

Övladın yaşı neçə olursa olsun onların ata – ana sevgisinə, qayğısına ehtiyacı vardır. Valideynlər övladları üçün dəstək məbəyidir. Həmçinin valideynlər üçün övladlarının sağlam böyüməsi, inkişafı, əldə etdikləri uğurları, xoşbəxtliyi olduqca önəmlidir.
azadqadin.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.