Kişilər üçün bütün qadınlar cəlbedicidir

Kişilər üçün bütün qadınlar cəlbedicidir
Hər gün minlərlə qadın güzgü qarşısında az qala bir neçə saat vaxt keçirərək xarici görünüşlərini ideallaşdırmağa çalışırlar.

Xanımlar hətta xarici görünüşlərindəki cüzi dəyişiklər üçün plastik cərraha belə müraciət etməkdən çəkinmirlər.
Rusiya mətbuatının verdiyi məlumata görə, bütün bunlar isə güclü cinsin nümayəndələrinin xoşuna gəlmək üçündür.

Hollandiyalı alimlərin sözlərinə görə, seksual planda kişiləri qadın cinsinin istənilən nümayəndəsi cəlb edir.
Belə ki, sən demə onlar üçün xarici görünüş heç bir əhəmiyyət kəsb etmir. Bunu müəyyən etmək üçün isə onlar 22-25 yaş arası kişilər arasında araşdırıma aparıblar.

İlk mərhələdə kişiləri bir qızla 5 dəqiqə eyni otaqda qoyublar. Onların hamısı demək olar ki, bundan sonra qızın xarici görünüşündə hər hansı xüsusi bir fərq görmədiklərini deyiblər. Qızı elə də gözəl hesab etməmələrinə baxmayaraq, bu zaman onların qanında testosteren hormonunun miqdarı 8 faiz artıb.

Ekspertlər müəyyən ediblər ki, kişilərdə cinsi hormonun səviyyəsi yetkinlik yaşına çatan qadını görəndə artır. Buna əsasəndə demək olar ki, kişiləri bütün qadınlar cəlb edirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.