Axtardığımız Sevgi Niyə Tapılmır?

12 Eylül 2022
2 491
0
Axtardığımız Sevgi Niyə Tapılmır?
Arxanızca əli bıçaqlı bir qatıl gəlirmiş kimi tələsdiyiniz üçün.

Həmişəki kimi ananıza qulaq asmadığınız üçün.

Sevgidən söhbət gedirsə, baş yerinə boş bir saxsı daşıyırmış kimi davranırsız. Bir az ağıl, məntiqə ehtiyac var.

Keçmiş sevgilinizdən əvəz çıxmağa çalışdığınız üçün.

Dərhal yaranıza məlhəm axtardığınız üçün. Bir az ara verib yas tutsanız, hər şey keçər.

Sevməyə yanlış kişi, qadın seçdiyiniz üçün.

Tayınızı tapa bilmədiyiniz üçün. "Qapaq yuvarlanıb qazanını tapar”, — siz hələ qazanı tapmamısız.

Dilinizdə "saf sevgi istəyirəm” desəniz də, sevgidən başqa hər şey istəyirsiz. "Sevir, ancaq hədiyyə almır. Hədiyyə alır, ancaq gündə 20 mesaj yazmır...”

Əslində qarşınızdakı insana deyil, sevgiyə aşiq olduğunuz üçün.

Həmişə keçmişi düşünüb irəli gedə bilmədiyiniz üçün.

Dörd bir yanınızı köhnə xatirələr bürüdüyü üçün.

Sanki hər yan dolu imiş kimi mükəmməl bir insan gözlədiyiniz üçün.

Qəbul etməyi, olduğu kimi sevməyi bacarmadığınız üçün.

Yanlış yer, doğru zaman tərsliyi üçün.

Yalnızlıqdan bezdiyiniz üçün üzünüzə ilk gülənə vurulduğunuz üçün.

Dostlarınızın "qazına” getdiyiniz üçün.

Evdən işə, işdən evə getməkdən başqa bir şey etmirsən. Arada çıx bir çölə, gəz, əylən.

Gözünüzün önündəki şahanə insanları görmədiyiniz üçün. "Dostumdur, bacım-qardaşımdır” donunu geyindirdiyiniz üçün.

Kədəri, yalnızlığı, monotonluğu sevdiyiniz üçün.

Olmayan dualara "amin” dediyiniz üçün.

Balıq əvvəldən pis qoxsa da, burnunuzu tutub yola davam etdiyiniz üçün.

Özünüzü psixoloq zənn edib insanları dəyişməyə çalışdığınız üçün.

İnadçı keçi olduğunuz üçün.

Həyatınızın "pin kodu”, bürclərinizin uyğun gəlmədiyi üçün.

Və sonda sevgi axtarılaraq tapılmaz. Öz yolunla get, qoy sevgi özü gəlib sənin qapını döysün.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.