Orqazmın sübuta yetmiş 10 FAYDASI

Orqazmın sübuta yetmiş 10 FAYDASI
Orqazm olmağın həm fiziki, həm də psixoloji baxımdan bir çox faydaları var. Bu səbəbdən də nizamlı seks həyatı insanın daha sağlam və xoşbəxt həyat sürməsini təmin edən amillərdən biridir. Bununla bağlı türkiyəli mütəxəssislərinin araşdırmasını təqdim edirik.


Orqazm nədir?


Orqazm fiziki və psixoloji cinsi xəbərdarlıq nəticəsində beynin hərəkətə gəlməsi və bəzi hormon mexanizmlərinin təsiri ilə, həm fiziki, həm də ruhi baxımdan qəbul edilən, “müvəqqəti şüur bulanıqlığı”, “nəzarət itkisi duyğusu”, “zamandan qopma” və bütün bədəndə güclü sıxılmaların yaşandığı “sıx bir boşalma”dır. Boşalma isə cinsi əlaqənin sonlarına doğru yaşanan və on-on beş saniyə davam edən sıxılmalarla özünü göstərən fiziki rahatlanmadır. Orqazmın həm fiziki, həm də psixoloji baxımdan bir çox faydaları var.

Orqazmın elmi baxımdan sübut edilən faydaları:

Beyinə gedən qan miqdarını artırır

Orqazm qan dövranını sürətləndirərək, qanın bədəndə dövranını artırır. Bu səbəbdən beyinə gedən qan miqdarında da artma yaranır və bunun sayəsində qanın daşıdığı oksigen beyin hüceyrələrinə daha çox miqdarda çatır. Beynin fəaliyyəti üçün “benzin” rolunu oynayan oksigenin miqdarının çox olması yaddaş, qavrama və düşünmə kimi idrak bacarıqlarını artırır, başda stress olmaqla ruhi problemlərin azalmasına da təsir edir.

İmmunitet sistemini gücləndirir

Orqazm immunoqlobin A kimi bədənimizin mikroblarla mübarizə üçün istifadə etdiyi anticisimlərin daha çox ifraz olunmasını təmin edir və immunitet sisteminin güclənməsinə kömək olur.

Ürəyin dostudur

Orqazm ürəyin də dostudur. İnfarkt riskini meydana gətirən estrogen və testosteron hormonlarının səviyyəsinin tarazlıqda saxlanmasına kömək edərək, ürək sağlamlığının qayğısına qalır.

Yüksək təzyiqin qarşısını alır

Orqazm qan dövranının sürətlənməsi, qan təzyiqinin düşməsini təmin edir, yüksək təzyiqin qarşısını alır və beləliklə də, iflic riskinin azalmasına kömək edir.

Ağrıları azaldır
Orqazm zamanı ifraz edilən oksitosin ağrıların azalmasına kömək edir.

Xoşbəxt edir
Orqazmın fiziki maraqlarla yanaşı, psixoloji baxımdan da bir çox faydası var. Orqazmla yüksək miqdarda ifraz olunan və xoşbəxtlik hormonu adlandırılan endorfin sayəsində libidoda artım olur. Libidonun yüksəlməsi cinsi istəksizlik probleminin aradan qaldırılmasında da əhəmiyyətli rol oynayar. Orqazmın bədənin kimyəvi funksiyalarında etdiyi dəyişiklik nəticəsində stress və gərginlik azalır, xoşbəxtlik, rahatlama və özünə güvən duyğusu artır. Orqazmın eyni zamanda dəri sağlamlığı, yaşlanma təsirlərinin azalması, cinsi orqanlardakı bəzi problemlərin qarşısının alınması, menstruasiya dövrünün tənzimləməsi, yuxu nizamının təmin edilməsi, hamilə qalmağa şərait yaratması kimi bir çox faydaları da var.
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Oyansın Xatirələr Yazılı Şəkilləri 2019 (38)
21:00
578

Oyansın Xatirələr Yazılı Şəkilləri 2019 (38)

19.11.2019 Gündəlik Bürclər (19 Noyabr 2019)
20:00
1 934

19.11.2019 Gündəlik Bürclər (19 Noyabr 2019)

Həftədə 3 dəfə cinsi əlaqəsi olmayan ər-arvad artıq ailə deyil – ALİMLƏR
19:00
570

Həftədə 3 dəfə cinsi əlaqəsi olmayan ər-arvad artıq ailə deyil – ALİMLƏR

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (324)
18:00
501

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (324)

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (59)
17:00
594

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (59)

Üz masajı ilə plastikanı əvəzləyin
15:00
83

Üz masajı ilə plastikanı əvəzləyin

Qığılcım Yazılı Şəkillər 2019 (97)
14:00
568

Qığılcım Yazılı Şəkillər 2019 (97)

Bürclərin Dillərə Dastan Yönləri - Fotolar
13:00
427

Bürclərin Dillərə Dastan Yönləri - Fotolar

Şorabanı çox yeyənlərə xəbərdarlıq: TƏHLÜKƏ VAR
12:00
119

Şorabanı çox yeyənlərə xəbərdarlıq: TƏHLÜKƏ VAR

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ