Ərinizə Münasibətiniz necədir?- Psixoloji Test
05 Ekim 2016
2 657
0
1. Ərinizdə hər hansı bir işdə kömək edirsinizmi?
a) Hərdən -1
b) Onun heç bir işinə qarışmıram- 0
c) Əlbəttə- 2
2. Olub ki, ərinizə birbaşa yataqda nahar verəsiniz?
a) Xeyr- 0
b) Nə vaxtsa ola bilər- 1
c) Əlbəttə olub- 2
3.Müəyyən bir mərasim üçün ərinizin paltarlarını kim seçir?
a) Mən-2
B) özü -1
C) Şəraitdən asılı ola bilər- 0
4. Ərinizin şəxsi işləri ilə tez-tez maraqlanırsınızmı?
a) Bəli- 1
b) Xeyr -0
c) Hərdən -2
5. Tez-tez ərinizin başmaqlarını siz verməli olursunuz?
a) Heç vaxt -0
b) Hərdən ola bilər -1
c) Bu tez –tez olur -2
6. Əriniz üçün ləzzətli yeməklər, şirniyyatlar hazırlamağı xoşlayırsınızmı?
a) Əlbəttə, artıq o, buna vərdiş edib- 1
b) O, buna o qədər də fikir vermir – 0
c) Hərdən olur -2
7. Siz ərinizin geyminə və onun səliqəli olmasına tez-tez özünüz nəzarət edirsiniz?
a)Bəli- 2
b)Bu onun öz işdir- 0
c) Şəraitdən asılı ola bilər- 1
Nəticə:
14-10 xallar:
Siz əriniz üçün hər şey edirsiniz. Hətta, onun şəxsi problemlərini, xarakter xüsusiyyətlərini də nəzərə alırsınız. Ona lazım olan qədər qadın qayğısını göstərirsiniz.Ərinizə tam azadlıq vermisiniz. Necə deyərlər, ərinizin hərtərfli bəxti gətirib. Hərdən ona bu haqda xatırladın ki, həddini aşmasın.
9-5 xallar :
Sizin bir qadın kimi vəziyyətiniz yaxşıdır. Alənizdə xüsusi yaşam qaydaları var. Siz ona yüksək səviyyədə xidmət etməsəniz də, o, sizə yaxşı baxır . Nəticədə, siz özünüzə daha şox vaxt ayırırsınız. Necə deyərlər, bu baxımdan taleh üzünüzə gülüb. Hər halda ərinizi də yaddan çıxartmayın.
4-0 xallar:
Demək olar ki, tezliklə əriniz baş götürüb qaça bilər. Siz ərinizlə çox pis davranırsınız. Ola bilsin bunun müəyyən həqiqi səbəbləri var. Lakin bu məsələ diggər formalarda həll oluna bilər. Ərinizə yazığınız gəlsin. Ona da vaxt ayırın, onun qayğısına qalın.
azvision.az