İdeal qadın da tərk edilir

İdeal qadın da tərk edilir
Feat.Az bildiri ki, Kişilər ideal qadın axtarır düşüncəsi tamamilə yanlışdır. Çünki münasibətdə, əsasən də, siz də heç bir problem yoxkən kişi tərk edib gedə bilir. Bunun müxtəlif səbəbləri var ki, biz sizə dörd səbəb haqqında bəhs edəcəyik. Əgər siz də ideal xanımsınızsa və gələcəkdə sevgiliniz tərəfindən tərk edilmək istəmirsinizsə bu yazı əsl sizlikdir.

Ciddiliyə doğru gedən münasibətdən qorxduğu üçün

Kişilər, əsasən, yaxşı, istədikləri kimi xanımlara bağlanmaqdan qorxurlar. Ciddi və davamlı münasibət onları çəkindirir. Çünki kişilər biz xanımlardan fərqli olaraq azadlıqlarını çox sevirlər. Məhz bu səbəbdən də qarşılarına ideal xanım (istədikləri kimi) çıxdıqda tərk edəcəyini bilərək münasibətə başlayır və ən kiçik səhvdə sizi tərk edib gedirlər. Daha çox isə “Problem səndə deyil, sən çox yaxşı birisən. Problem məndədir” cümləsi ilə səbəbi izah etməyə çalışırlar.

Təzyiq və əskiklik hiss etdikdə

Həddən artıq emosional tələblər kişiləri yora bilir. Balansı yaxşı saxlamaq qadın-kişi münasibətlərində çox vacib amildir. Həddən artıq maraq, onu davamlı olaraq dəyişdirməyə çalışmaq, daha çox sevgi, mütəmadi olaraq nəzarət bu amillərin başında gəlir. Belə vəziyyətlərdə siz nə qədər ideal, onun istədiyi kimi bir xanım olursunuzsa olun, o özünü təzyiq altında və əskikləri olan biri kimi hiss edəcək, sizi tərk edib gedəcək.

Hörmət görmədiyini hiss etdikdə

Kişi və ya qadın, fərqi yoxdur, heç kim hörmət görmədiyi bir insanla münasibət istəməz. Bir kişi özünə qarşı hörmət görmədiyi xanımla heç vaxt həyatını bağlamaz. Kişilər, əsasən, xanımlardan dəstək və güvən görmək istəyərlər. Amma sevdiyi xanımdan ən cuzi hörmətsizlik gördükdə isə kişilər asanlıqla tərk edib gedərlər.

Münasibətdə rəqabətə tab gətirmə bilmədiyi üçün

Dostlarınızın, rəfiqələrinizin yanında onunla mübahisə etmək, sizin ondan daha çox pul qazandığınızı, daha yaxşı yerdə işlədiyinizi hiss etdirmək ona sevgiliniz yox, rəqibiniz kimi hiss etdirməyinizə səbəb ola bilər. Belə vəziyyətlərdə tərəf müqabiliniz sizin həyatınızda artıq biri olduğunu düşünəcək. Çünki üstünlük hiss etdirmək nə qədər ideal biri olursunuzsa olun münasibəti yora bilir. Nəticədə isə sevgilinizdən “Ayrılmaq istəyirəm” cümləsini eşidə bilərsiniz.
Foxy.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.