Sevdiyiniz qadının doğulduğu ayı mütləq soruşun – çünki... - TEST

Sevdiyiniz qadının doğulduğu ayı mütləq soruşun – çünki... - TEST
Psixoloq rəylərinə əsaslanır. Psixoloqlar insanın doğulduğu fəslin və ya ayın onun gələcək taleyində rol oynadığını iddia edirlər. Xüsusən də kişilərə nisbətən daha emosional olan qadınlarda doğulduqları aya görə xarakter analizi özünü çox göstərir. Beləliklə başlayaq!

Yanvar qadınları


Yanvar ayında doğulan qadınlar dözümlü, inadkar, ambisiyalı, nizam intizam sevən olurlar. Həyata və qarşılıqlı münasibətlərə ciddi yanaşır, öz konservativ fikirləri ilə seçilirlər. Tənqidçidirlər, lakin bu sizin üçün ən yaxşısını arzulamalarından irəli ggəlir. Duyğularını dilə gətirməyi sevmirlər.Onlar özləri ilə eyni inttellektual səviyyədə olan insanları yaxına buraxırlar. Yanvar qadınları ilə yaxın olmaq istəyən kişilərin həyata baxışı da onlarınkına bənzər olmalıdır.

Fevral qadınları


Onlar çox romantikdirlər.Fevral qadınlarına səbirlə yanaşmaq lazımdır.Onların ruhunu hər kişi anlaya bilməz. Daima dəyişən ovqata malikdirlər. Onlara hər kəs yox özləri kimi “xüsusi” kişilər lazımdır. Abstrakt düşüncə tərzləri və fantaziyaları yüksəkdir. Onlara bir dəfə kiçicik bir yalan söyləsəniz bir daha üzülərini görə bilməyəcəklsizniz.

Mart qadınları


Bu qadınlar güclü cazibələri və xarizmaları ilə seçilirlər. Çox sadiqdirlər. Onlara hər kəs sirrini rahatlıqla etibar edir. Onlar çətin aşiq olurlar. Mart qadınlarını ən kiçik bir sözlə və ya yalnış mühakimə ilə incitmək olar. Onlar bir dəfə aşiq olurlar və bu ömürlük olur. Martda doğulan kişilər onlar üçün əla seçim olardı.

Aprel qadınları

Anadangəlmə diplomatdırlar. İstənilən insanla asan dil tapa bilirlər. Yeganə çatışmayan cəhətləri arada bir özlərinə yazıqları gəlmələridir. Çox qısqancdırlar. İstənilən zəmində münaqişə zamanı bomba kimi partlayan bir qadınla qarşı qarşıya qalacaqsan. Aprel qadını ilə aranız dəyibsə mübahisə etmədən başqa otağa keçib sakitləşməsini gözləyin. Bununla belə bu qadınlar əylənməyi bacarırlar. Ərlərinə keyifli bir həyat yaşadacaqlar. Ürəklərini yalnız layiq olana verirlər.

May qadınları

May qadınları öz fikirlərinə əmin və məqsədyönlü qadınlardırlar. Onların güclü daxili kompası var, heç bir zaman bu kompasın əmrlərindən kənara çıxmaq istəmirlər. Zahirən cazibədardırlar. Xarakterləri isə mürəkkəbdir. Onlara aşiq olan kişilər üçün təhlükəli hesab olunurlar. Əgər bu sevgiyə sevgi ilə cavab verməsələr kişinin həyatında qara sevdaya çevriləcəklər. May ayında doğulan qadını siz ömrünüz boyu unutmayacaqsınız.

İyun qadınları


Hər şeylə maraqlanan, yaradıcılığa həvəsli qadınlardır. Əsas nöqsanları ağıllarından nə keçirsə dillərinəı gətirmələridir. Sözləri seçmədən istifadə edirlər. Onların prinsipi budur- hər şeyi üzə de. Bununla onlar başqalarını nə dərəcədə incitdiklərini alamırlar. Sevgidə təhlükəli oyunçudurlar. Kişi onların əlində oyuncağa çevrilir. İyun qadınlarını yaxşı tanıyın ki, sevgi qurbanı olmayasınız.

İyul qadınları

Bu qadınlar öz yaxınları ilə münasibətdə çox dürüst və açıqdırlar. Qalanları üçün isə onlar gözəl, sirli, ağıllı və əlçatmaz hesab olunurlar. Münaqişələrdən uzaq durur, nəzakətli olmağa çalışırlar. Onlar yalanı bağışlamırlar. Bu səbəblə onları itirə bilərsiniz.

Avqust qadınları

Böyük ürəkləri olan qadınlardırlar.Münasibətlərdə hər zaman qadın qələbə çalır. Yalnız brilliant kişilər avqust qadını ilə yaşayaıb onun kabluku altında olmadığını düşnə bilərlər. Gözəl yumoR hissinə malikdirlər. Lakin kiminsə onları lağa qoymasına dözə bilmirlər. Diqqət mərkəzində olmağı sevirlər, kişilər onlara qarşı hər zaman diqqətlidirlər. Kişilər onların yanında başlarını itirirlər.

Sentyabr qadınları


Zahirən gözəl, mehriban, nizam intizamlıdırlar. Sentyabr qadınları onlara edilən pisliyi unutmurlar. Ehtiyatlıdırlar, təəssüf ki, intiqamçıdırlar. Ömürlük münasibətlərə üstünlük verirlər. Bir gecəlik sevgi axtaran kişilər bu qadınların diqqətini çəkmir. Bu qadınlar surətpərəstdirlər. Seçicidirlər. Onlara insan bəyəndirmək asan deyil.

Oktyabr qadınları


Güclü xarakterə malikdirlər.Çox emosionaldırlar. lakin başqalarının gözü önündə ağlamırlar. Ağıllıdırlar.Buna görə də ürəklərini hər kəsə açmırlar. Bu qadınları digər qadınlar çox qısqanırlar. Onlar ən yaxşı kişiləri seçir və gösəl həyat yaşayırlar. Bu təbiətin onlara töhfəsidir.

Noyabr qadınları


Hər zaman başqalrından bir addım qabaqdadırlar. Aktivdirlər, yalanı anında anlayırlar. Bu qadınların hissləri ilə oynamaq olmaz. Bunun axırı pis qurtara bilər.Atəşlidirlər. Ambisiyaları var. Onlarla darıxmazsınız. Onların rəyini almaq istəsəniz yalnız doğru cavab verəcəklər.

Dekabr qadınları


Dözümsüzdürlər, lakin ixtiraçıdırlar. Uğurlu taleləri olur. istənilən vəziyyətdən qələbə ilə çıxırlar. Ərlərinin ovatını yüksəltməyi bacarırlar. Açıq ürəklidirlər. Həyat onları yaralaya bilməz. İstədiklərini əvvəl axır əldə edirlər.
Mənbə:bizimyol.biz

RƏY ƏLAVƏ ET