Xarakterə görə hədiyyə necə seçilər?

Xarakterə görə hədiyyə necə seçilər?
Xüsusi günlərdə bir-birini xoşbəxt etmək üçün alınan hədiyyələr xəyal qırıqlığı yarada bilir.

Fərdi İnkişaf Mütəxəssisi Murad Tunalı, cütlərin bir-birinə hədiyyə alarkən fərdi xüsusiyyətləri, gözləntiləri, istəklərini diqqətə almalarının lazım olduğunu vurğuladı. Qısacası cavablandırmanız lazım olan sual budur ki, Sevdiyiniz insanın xarakterini nə qədər tanıyırsınız?

Məşhur-şən: Çox danışan, optimist, cana yaxın, zarafatcıl, hissli və duyğularını göstərən, coşğulu, dəyişkən ruh halı, uşaq ruhluluq kimi xüsusiyyətlərə sahibdirlər. Əyləncə mövzusunda lider şəxsiyyətlərdir. İş həyatında yeni şeylər düşünüb çıxara bilmə qabiliyyəti, hər vaxt yaxşı görünüş, başladığı işə dörd əllə sarılma önə çıxan xüsusiyyətləridir. İnsanlarla asanlıqla ünsiyyət qura bilən, kin saxlamayan şəxsiyyətlər olaraq təyin olunarlar.

Hədiyyə tərzi: Çox vaxt ictimai şəxsiyyətini əks etdirəcək, özü kimi göstərəcək hədiyyələr onları daha çox xoşbəxt edər. Bu səbəblə istifadə edə biləcəkləri hədiyyələr almalısınız. Çoxu kimsədə olmayan bir paltar, rahat bir saat, aksesuar, ayaqqabı, əşya kimi hədiyyələr onlar üçün sıravi olmaz.

Xarakterə görə hədiyyə necə seçilər?


Güclü-qərarlı: Quruluşçu və optimist olaraq təyin olunarlar. Lider doğularlar, dinamik və aktivdirlər. Qərarlı və güclü istəkləri olan, duyğusuz, asan xəyal qırıqlığına uğramayan, özünə etibarı hər halından müəyyən olan, əlindən hər iş gələn insanlardır. İş həyatında isə, hədəf qoyaraq çalışan, yaxşı mütəşəkkil olan, praktik həllər çıxaran, tez tətbiqə keçən, çətinliklər qarşısında müvəffəqiyyətli olan şəxsiyyətdirlər. İnsanları idarəetmə bacarıqları onları ümumiyyətlə haqlı çıxarar və təcili vəziyyətlərdə soyuqqanlılıqlarını qoruya bilərlər.

Hədiyyə tərzi: Hədiyyə meyarı olaraq iki vəziyyəti ortaya qoya bilərik. Hədəf və ideallarına qatqı təmin edən və fərdi olaraq lider eqolarına xidmət edən bir hədiyyə növü olmalıdır. Nadir olan bir antikvar, əl əməyi olan nadir bir əşya, yeni çıxmış və az olan texnoloji bir alət (cib telefonu, kompüter, vs.) Ofis və ya ev mühitində istifadə edə biləcəkləri qiymətli bir əşya da ola bilər.

Melanxolik: Çox vaxt qapalı, düşüncəli və pessimist olaraq təyin olunarlar. Dərin düşüncəli, analitik, qabiliyyətli və yaradıcı, artistik və ahəngli, poetik, həssas, dürüst və vicdan sahibi, fədakar və idealistdirlər. İş həyatında proqramlı, detalçı, nizamlı və mütəşəkkil olmuş, təmiz, yığcam, problemləri görüb həllər çıxara bilən, başladığı işi bitirən, sevən şəxsiyyətlərdir. Arxa planda qalıb diqqət çəkməyi sevməyən, problemlərə həll tapan və ideal yoldaş axtaran insanlardır.

Hədiyyə tərzi: Diqqətdə olmağı, fərqli görünməyi çox sevmədiklərindən alınacaq hədiyyələrdə də bunu məmnuniyyət meyarı olaraq almaq lazımdır. Keyfiyyətli bir paltar, keyfiyyətli və dəbdəbəli bir saat kişilər üçün ideal bir hədiyyədir. Qadınlar üçün isə brilyant boyunbağı və üzük, havalı olmayan ancaq ağırlığı olan zərif bir hədiyyə istədiyimiz məmnuniyyəti meydana gətirəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.