Boyundakı öpüş izindən qurtulmağın SADƏ YOLLARI

Boyundakı öpüş izindən qurtulmağın SADƏ YOLLARI
Ehtiraslı öpüşdən sonra dəridə yaranan qızartı və ya tünd bənövşəyi ləkə (“zasos”) sevgi işarəsi kimi qəbul edilir. Lakin bu formada insanlar arasına çıxmaq çox zaman mümkün olmur. Feat.Az öpüş izlərindən xilas olmağın bir neçə sadə üsulu ilə cütlükləri tanış edir.

Soyuq qaşıq

Öpüş izindən tez bir zamanda xilas olmaq istəyirsinizsə, həmin yerə soyuducuda 15 dəqiqə saxladığınız soyuq qaşığı qoyun. Qaşıq isinənədək izin üstünə basıb saxlayın. Bəziləri bu üsulun çox ağrılı olduğunu söyləyir. Odur ki, diqqətli olmalısınız.

Banan

Bananda olan kaempferol və kuerset maddələri hüceyrələri qoruyur, iltihabı azaldır və qan dövranını artırır. Öpüş izindən xilas olmaq üçün banan qabığının iç hissəsini qızartının üzərinə qoyub 15 dəqiqə saxlayın.


Diş məcunu


Diş məcununun sərinləşdirici təsiri dərinin altında qanı hərəkətə gətirir. Bu, iltihab və qırmızılığı aradan qaldırmağa kömək ola bilər.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET