Uzunmüddətli evliliklərdə cinsi duyğulara yeni nəfəs qatacaq 5 məsləhət
Yenidən cəhd edin
Görüş üçün yeni yerlər kəşf edin. Özünüzə evdən kənarda, bağ evində, ölkədən kənarda maraqlı vaxt keçirmək şansı verin. Sevginizi yeniləmək, ona təravət qatmaq üçün yaxşı imkanları dəyərləndirin. Bu, sizin cinsi duyğularınıza təsir edəcək və sizi ilk günlərə qaytaracaq.
Nəzarəti əlinizdə saxlayın
Bir az fəal olun. Məsələn, onu vanna otağına sizinlə duş almağa dəvət edə bilərsiniz. Axşam rutininizi dəyişmək də pis səslənmir. Hər hansı kiçik bir şey sizin cinsi münasibətinizə rəng qata bilər.
Özünüzü tanıyın
Bəzən hər şey etmək kifayət etmir. Nəyinsə gözəlinə nail olmaq üçün əlimizdən gələnin artığını etmək lazımdır. Ən əsası sizi nə xoşbəxt edir, nəyə qane olursunuz – bütün bunları özünüz üçün müəyyən edin.
Komplimentlər edin
Tez-tez ona, onu çox sevdiyinizi, hansısa geyimin ona yaraşdığını, onunla birlikdə olmağın sizə xoş olduğunu deyin. Tezliklə o da, sizə qulağınızı, könlünüzü oxşayan xoş sözlər deməyə başlayacaq.
Xatırlayın
Bir-birinizə ilk görüşünüzü və xoş təəssürtalarınızı xatırladın. Onunla olmaq, gözəl vaxt keçirtmək sizin necə xoşunuza gəlir – ona deyin. Nostalji aura ilə birləşəndə istənilən münasibət isinir və ona yeni nəfəs gəlir.
foxy.az