Kritik günlərdə seks: əslində nəyi bilmirik?

Kritik günlərdə seks: əslində nəyi bilmirik?
Bəziləri ümumiyyətlə bu haqda çox az danışır. Bəziləri hesab edir ki, menustrasiya zamanı cinsi əlaqə çox zərərlidir. Əlbəttə, bu xoş olmayan hal kimi görünür, bəs həqiqətənmi menustrasiya zamanı seksdən imtina etmək lazımdır?

Feat.Az bildirir ki, mütəxəssislərin bu haqda dedikləri bəzi faktlar sizin fikrinizi dəyişdirə bilər:


1. Seks menustrasiya müddətini azalda bilər. Çox ehtiraslı seks yaşamısınızsa və orqazm olmusunuzsa həmin an qanın dayanması mümkündür.

2. Seks menustrasiya ağrılarını azaldır. Çünki seks zamanı endorfin maddəsi ifraz olunur. Bu da ağrılara müsbət təsir göstərir - menustrasiya zamanı sekslə məşğul olmağınız daha bir səbəb.

3. Seks stressi aradan qaldırır, bu da endorfinin ifraz olması ilə mümkün olur.


4. Menustrasiya zamanı cinsi əlaqə adi günlərdən daha ehtiraslı ola bilər. Çünki bu günlərdə qadınlar təkcə emosional deyil, həmçinin fiziki cəhətdən də həssas olurlar.

5. Bu zaman cinsi əlaqə kişilər üçün tamamilə təhlükəsizdir. Qanda heç bir infeksiya olmur.

6. Bu müddətdə də seks zamanı hamilə qalmaq mümkündür, buna görə də qorunmaqda fayda var. Çünki sperma yumurtalıqda 7 gün ərzində yaşaya bilir.

7. Menustrasiya zamanı hamilə qalmaq faizi aşağı olsa da infeksiya düşməsi riski daha çoxdur. Çünki bu zaman yumurtalıq daha həssas olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.