Kişilərin istəyib də söyləyə bilmədiyi 9 şey

Kişilərin istəyib də söyləyə bilmədiyi 9 şey
Hər kişinin bir əlaqədən gözlədiyi lakin qarşı tərəfə açıqca söyləyə bilmədiyi şeylər var.

1- Hörmət görmək

Kişilər, həyatlarındakı qadınlardan ən çox hörmət görməyi gözləyir. Ətrafınızdakı kişilərə soruşub doğruluğunu təsdiq edə bilərsiniz. Kişilər sevgililərinə "Mənə hörmət göstərməyini gözləyirəm" deyə açıq söyləməzlər, amma bu ən çox gözlədikləri şeydir. Fikirlərinə əhəmiyyət verilməsi, bir şey etmədən əvvəl onlara məsləhət edilməsi onları xoşbəxt edər.

2- Təqdir edilmək
Təqdir edilmək, bir kişi üçün hörmət görmək qədər əhəmiyyətlidir. Kişilər təqdir edilməyə tam mənasıyla tapınar, amma könüldən edilməsi şərtiylə. Çünki kişilər səmimi bir təqdirlə, komplimenti çox yaxşı ayırd edər. Yenə də, onlarla nə qədər qürur duyduğunuzu və təqdir etdiyinizi nə qədər eşitsələr o qədər xoşbəxt olarlar.

3- Yoldaşlıq

Romantik bir əlaqənin ən əhəmiyyətli parçası yoldaşlıqdır. Kişilər dəyər verdikləri qadının yoldaşlığına çox əhəmiyyət verər.

4- Gözəllik

Gözəllik kraliçası olmanıza ehtiyac yoxdur, amma kişilər birlikdə olduqları qadınların gözəl görünmələrinə əhəmiyyət verər. Bu onlar üçün qürur qaynağıdır desək yeri var. Bir azca makiyaj, saçınıza göstərəcəyiniz diqqət sizi onun gözündə gözəllik kraliçası edə bilər. Yetər ki, baxımlı olun...

5- Gülərüz

Hamımız birlikdə olduğumuz adamın canayaxın və gülərüzlü olmasını istəmirikmi? Kişilərin də istədiyi çox fərqli deyil. Əlbəttə hər vaxt gülmək mümkün deyil, amma isti baxan bir cüt göz kişiləri fəth etməyə yetər. Unutmayın, kişilər üzlərinə gülümsəyən hər qızı, onlara aşiq sanır...

6- Cəsarətləndirmə
İstisnasız hər kişi, cəsarətləndirilməyi sevər və istər. Doğru olduğunu düşündüyünüz, amma bitərəf davrandığı hər şeydə onu ürəkləndirin. Tək ehtiyacı olan bu...

7- Minnətdarlıq
Kişilər onlara minnətdarlıq edilməsini sevər, bəli amma burada qızıl nisbəti tutmaq çox əhəmiyyətlidir. Ona minnətdar olduğunuzu içdən bir təşəkkür ilə də göstərə bilərsiniz ki, zatən bu da onun üçün kifayətdir. Sizi gözəl bir yeməyə apardığında və ya sırf siz narahat olmayın deyə kondisioneri bağlatdırdığında, ona minnətdarlığınızı hiss etdirsəniz, onun ürəyini oğurlaya bilərsiniz.

8- Azadlıq

Hər kişi az və ya çox azadlığına düşkündür. Bu onların tək olmaq istədikləri mənasını vermir. Lakin arada bəzi şeyləri tək başına etməkdən xoşlanarlar. Bu kimi vəziyyətlərdə özünü günahkar hiss etməsinə səbəb olmayıb, onu anlamağa çalışın.

9- Dəstək

Eynilə bizlər kimi kişilər də dəstək görməyə ehtiyac duyar. Kiçicik bir oyun və ya iş mövzusunda sizin tərəfinizdən dəstəklənildiyini görmək onun üçün təsvirəgəlməz bir duyğudur. Ona müvəffəqiyyətli kişinin arxasındakı qadın olmaqdan xoşbəxt olduğunuzu hiss etdirin. Onun üçün əhəmiyyətli olan şeyin sizin üçün də əhəmiyyətli olduğunu nümayiş etdirin.

RƏY ƏLAVƏ ET