Qırdığınız könlü necə almaq lazımdır?

08 Mayıs 2017
1 563
0
Qırdığınız könlü necə almaq lazımdır?
Bilmədən sənə çox yaxın bir adamın könlünü sındırmısan. Deməli, üzr istəmək lazımdır. Bəs necə etməli? Nə şiş yansın, nə kabab. . .

Əsəbi olan zaman heç kim nə dediklərinə, nə də hərəkətlərinə cavabdeh olmur. Sonradan peşmançılıq çəksəndə artıq olana çarə yoxdur. . .Bəs sınmış könlü necə almaq lazımdır ki, münasibətlərə sərinlik gəlməsin?

1.Optimist variant.

Bəzi insanlar üzr istəməyi bacarmırlar. İstənilən mübahisədən sonra münasibətlərə heç nə olmamış kimi davam etmək istəyirlər.
Rəfiqənlə institutun dəhlizində görüşüb, tələsdiyini büruzə verərək, onu yeməkxanaya çağır: “Səhərdən heç nə yeməmişəm, bəlkə düşüb yüngülvari nahar edək?” Təbii ki, rəfiqəniz xırdaçıl deyilsə, bu cür münasibətə müsbət cavab verəcək.
Hər şey qaydasına düşəndən sonra heç nəyə aydınlıq gətirməyə çalışmayın, münasibətlər daha da gərginləşə bilər. Əgər küsülülüyə səbəb boş bəhanə idisə, unudulacağına əmin ola bilərsiniz. “Mən pis olmuşdum ki, sənin xətrinə dəymişəm, istəmədən oldu” sözlərinidə pıçıldamağı unutmayın.

2.İrəliləmə.

Bir çox barışığı sms və ya e-mail-a göndərilən məktubla aradan götürürlər.
Bunun bir xüsusiyyəti çox yaxşıdır. Sən deyəcəyin mətni rahat redaktə edirsən, kimsənin gözünün içinə baxmırsan.
Əgər gec cavab gəlirsə, deməli, hələ də könlünü ala bilməmisən.

3.Universal.

Özündə cəsarət topla və özün hər şeyi aydınlaşdır.
Çox səs – küylü ifadələrdən qaç. Hər şeyi sakit və soyuqqanlı şəkildə yoluna qoymağa başla.
Əgər davranışınız və vəziyyətinizlə hər şeyi daha da gərginləşdirmisinizsə, hər şeyi yoluna qoymağa çalışın.

Həmsöhbətinizə səmimi olduğunuzu sübut edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.