Smayliklər münasibətləri korlaya bilər

12 Mayıs 2017
2 938
0
Smayliklər münasibətləri korlaya bilər
Sosial şəbəkələrdə ünsiyyət zamanı smayliklərdən istifadə insanlar arasında münasibətləri korlaya bilər.

Feat.Az
lent.az-a istinadən xəbər verir ki, ABŞ alimləri bu qənaətə gəliblər ki, heç də hamı bu və ya digər smaylikin mənasını anlaya bilmir.

Onlar qeyd ediblər ki, müxtəlif əməliyyat sistemləri və sosial şəbəkələrdə smayliklər bir-birindən fərqlənir. Ona görə iOS əməliyyat sistemində çalışan smartfonun sahibinin göndərdiyi smaylik "Android" əməliyyat sistemli smartfonda başqa cür görünə bilər.

Alimlər araşdırma zamanı müəyyənləşdiriblər ki, hər bir smaylikin ən azı 10 versiyası mövcuddur. Tədqiqata cəlb olunan şəxslər onlara təqdim olunan 22 smayliki müxtəlif cür qiymətləndiriblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.