Xərçəngin müalicəsində seksin FAYDASI

16 Haziran 2017
2 232
0
Xərçəngin müalicəsində seksin FAYDASI
Hazırda bütün dünyada geniş yayılmış xərçəng xəstəliyi cütlüklərin cinsi münasibətlərinə də fiziki və psixoloji cəhətdən mənfi təsir göstərir.

Feat.Az
-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, xərçəng xəstəliyinə yoluxmuş insanlarda cinsi həyata marağın azalması psixoloji hal kimi qiymətləndirilir. Xəstəliyin daşıyıcısı olan şəxs fiziki cəhətdən bəyənilməz halda olduğu üçün seksə marağını itirir. Xəstəliyin müalicəsi zamanı çəki itirmə, saçların tökülməsi, əməliyyat nəticəsində qadınların döşlərinin kəsilməsi, “necə olacaq?” deyə fikir etmək, depressiya yaşamaq insanda cinsi istəksizliyə səbəb olur. Eyni zamanda xəstəlik zamanı yaşanan halsızlıq, ishal, qəbizlik, yorğunluq, ürək bulanma, qadınlarda süd vəzin, kişilərdə prostat vəzin əməliyyatından sonra hormonların azalması da cinsi istəksizliyə səbəb olan amillərdəndir.

Xəstəlik zamanı cinsi münasibətdə olarkən kişilər ən çox ereksiya problemləri, qadınlar isə ağrı ilə qarşılaşırlar. Kişilərin cinsi istəyinə təsir edən xəstəliklərə sidik kisəsi, prostat, düz bağırsaq xərçəngi daxildir. Özəlliklə prostat xərçənginin əməliyyatı zamanı genetik sinirlərin zərər görməsi kişilərdə cinsi zəifliyə səbəb olur.

Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssis Qönçə Saraç xəstəliyin cinsi həyata göstərdiyi təsiri azaltmaq üçün bəzi məsləhətlər verib: "Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, xəstəliyin müalicəsi zamanı cinsi yaxınlığın heç bir zərəri yoxdur. Əksinə, sevgilə yaşanan hər bir cinsi yaxınlıq xəstənin əhvalının yüksək olmasına kömək edir. Amma xəstə kimyaterapiya müalicəsi gördükdə infeksiyadan qorunmaq üçün cinsi yaxınlıqdan uzaq olmalıdır. Xərçəng xəstəsi olan qadın müalicə müddətində hamilə qalmamaq üçün həkimin məsləhətlərinə əməl etməlidir. Müalicə müddətində qadının hüceyrələrinin zərər görməməsi və sonradan hamilə qala bilməsi üçün müalicədən əvvəl yumurta hüceyrələrini dondurması məsləhətdir. Eynilə də prostat, xaya xərçəngi olan kişilər sonradan övlad sahibi ola bilmələri üçün mülaicəyə başlamaazdan əvvəl spermalarını dondura bilərlər".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.