Hansı BÜRCLƏRİ sevmək çətindir?

07 Ekim 2017
2 935
0
Hansı BÜRCLƏRİ sevmək çətindir?
Kimdənsə xoşunuz gələndə seçimizin nə qədər uğurlu olacağını bilmək istəyirsinizsə, mütləq onun bürcü ilə maraqlanın. Çünki insanın aid olduğu zodiak işarəsi haqqınızda siz düşündünüz də çox məlumat verə və bəlkə də sizi böyük bir bəladan xilas edə bilər...

Feat.Az
Rusiya mətbuatına istinadən xəbər verir ki, astroloqlar sevgi münasibətlərində ən çətin xarakterə malik olan bürclərin reytinqini hazırlayıb.

1. Qız


Qız zodiakı nişanları arasında ən müstəqilidir. O, idarəetmə mövqeyi ilə analitik münasibətlərə daha uyğundur. Qız bürcləri avtomatik olaraq insanları müəyyən məsafədə saxlayır, ta ki, onlara etibar edənə qədər. Bu bürcün nümayəndələri sevmək üçün asan şəxsiyyət deyil. Kimisə sevmək üçün Qızlar öz müdafiəsini zəiflətməli və qəlbini açmalıdır. Lakin bu xüsusiyyətlər onlara yaddır.

2. Əqrəb


Əqrəblər nə istədiyini bilməyən – kral və ya kraliçadır. Onlar gah buz kimi soyuq, gah da alov kimi isti olurlar, odur ki, Əqrəblərin nə istədiyini tapmaq çətindir. Münasibətlər Əqrəbləri inanılmaz dərəcədə taqətdən sala bilər, bu səbəbdən onlar təkliyə daha çox üstünlkü verir. Emosional baxımdan yetkinləşməyənə qədər onlar real münasibətlərə hazır olmayacaq.

3. Oxatan


Oxatan - enerjili, impulsiv və azadlıqsevər zodiak nişanıdır. Bir tərəfdən bu amil onları maraqlı və darıxdırıcı olmayan partnyor edir. Amma digər tərəfdən onlar praktik olaraq ömrünün sonuna qədər bir yerdə və bir şəxslə yaşaya bilmirlər. Oxatanlar daim hərəkətdə, yeni macəralar və adrenalin axtarışlarındadır. Bu bürclər üçün bir yerdə qalmaq, hərəkətisiz olmaq dəhşətli dərəcədə çətindir. Sözsüz ki, bu amil münasibətlərə pis təsir göstərir. Oxatanlar ikinici yarısını tapdığını o zaman hiss edir ki, onların dəstəyinə və məsləhətinə ehtiyac duyur.

4. Dolça


Dolça - qapalı şəxsiyyətdir. Onlar ürəyini açmağa və başqalarını öz dünyasına buraxmağa meylli deyillər. Dolçaları sevmək həm də ona görə çətindir ki, onlar həmişə əksər insanlarla öz arasında məsafə saxlayır. Bu bürcün nümayəndələrinə özlərini rahat hiss etdirən, onlara güvən bəxş edən və həqiqətən də etibar edə bildikləri insanlar lazımdır.

5. Oğlaq

Oğlaq - işgüzar və çalışqandır. Oğlaqlar etibarlı və məsul əməkdaş olsalar da, bu həm də o deməkdir ki, onlar bütün münasibətlərinə bir biznes-layihəsi kimi yanaşırlar. Heç bir tərəf müqabili mikroskop altında bütün müsbət və mənfi cəhətlərinin nəzərdən keçirildiyini duymaq istəməz. Odur ki, Oğlaqlar həm ürəyinə, həm də ağlına etibar etməyi öyrənməlidir ki, əsl sevgini tapa bilsin.

6. Əkizlər


Əkizlər qətiyyətsiz və həddindən artıq emosionaldır. Bu müəyyən dərəcədə onlarla ünsiyyəti yorucu edə bilər, amma bu, həm də onu bildirir ki, onlar bütün ürəyiylə sevir, inanır və hiss edirlər. Əkizlər həyatı yalnız sevəndə dərk edirlər. Onlar hər şeyi öz partnyorlarına verirlər. Belə sevgi və bağlılıq qorxuda bilər, amma zəifliyin bu səviyyəsi hər kəs üçün əlçatan deyil.

7. Şir


Şirlər qədər dinamik və əyləncəli zodiak nişanı yoxdur. Bu bürclər inanılmaz müstəqil və özünə əmindir. Buna görə Şirlərin partnyorları anlamalıdır ki, onlar sizə ehtiyac duymur. Lakin cazibə qüvvələri elə güclüdür ki, onlarla maraqlanmamaq mümkün deyil. Şir bürcləri gecənin parlaq və qığılcımlanan ulduzudur, odur ki, hamının onları niyə sevməsi təəccüblü deyil.

8. Qoç

Aktiv, həyəcanlandırıcı və ehtiraslı Qoç öz partnyorunu dünyasının mərkəzi edəcək. Onlar bütün diqqəti sevib-seçdiyi şəxsə ayıracaq və onun yaxşı olması üçün əlindən gələn hər şeyi edəcək. Qoçlar partnyorunu yaxşı gündə də, pis gündə də dəstələyəcək. Kim belə münasibətdən imtina edər ki?

9. Buğa

Buğalardan daha düzgün və səbatlı zoduak işarəsi yoxdur. Buğaların məhəbbəti əbədidir. O, sevdiyi şəxsə qarşı fədakar və sədaqətlidir. Buğalar heç vaxt heç nəyi gizlətmir, ömür-gün yoldaşına həmişə son dərəcə dürüstdür. Bu cürdə olan sədaqət və inam çox nadir hallarda rast gəlinir. Odur ki, belə adam tapsanız, onu əldən verməyin.

10. Tərəzi


Tərəzilər istəyir ki, hər kəs xoşbəxt və razı olsun. Əlbəttə ki, bu, hamıya, xüsusilə sevdikləri insana aiddir. Tərəzilər partnyorunun xoşbəxt olduğuna əmin olana qədər əlindən gələni əsirgəməyəcəklər. Onları sevmək asandır, çünki onlar sizə saxta olmayan hisslər və etibar bəxş edir.

11. Balıqlar


Bütün bürclər arasında ən böyük ürəyə malik Balıqdır. Onlar hər emosiyanı dərindən hiss edirlər, onlar üçün nə azruladığını və nə sevdiyini qarşı tərəfə söyləmək çətin deyil. Balıqlar yalan danışa bilmir, bütün kartlarını açıq oynayır. Onlar sevdiyi insana görə bütün əzablara qatlaşır. Oddan, sudan və bataqlıqdan keçərək sevdiyinin yanına qayıdırlar. Və belə sevgi həyatda bir dəfə olur...

12. Xərçəng


Xərçənglər – həddən artıq qayğıkeş və həssas təbiətlidir. Onlar səbirli olmağı və bağışlamağı bacarırlar. Bu bürclər dara düşəndə günün istənilən vaxtı bel bağlaya biləcəyiniz insanlardır. Məhəbbətin ən gözəl örnəyini Xərçənglər mükəmməl şəkildə əks etdirir.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)
19:00
0

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (295)

Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
0

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
58

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
128

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
219

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
95

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
267

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA
12:00
56

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA

Şuba Salatı Resepti
11:00
137

Şuba Salatı Resepti

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ