Cinsi həyatınızda dəyişiklik edin - Psixoloq tövsiyəsi

30 Nisan 2022
4 040
0
Cinsi həyatınızda dəyişiklik edin - Psixoloq tövsiyəsi
Bir müddətdir, cinsəl həyatınızda problem varsa, deməli, dəyişiklik etmək vaxtıdır. Bu dəyişiklikləri həyata keçirmək üçünsə ilk addımı siz atmalısınız. Feat.Az Türkiyə mətbuatına istinadən psixoloq Bruce Dermanın bu haqda məsləhətlərini təqdim edir.



Seksopatoloqlar cütlüklərin seksdən zövq ala bilmələri üçün əvvəlcə öz cinsəlliklərini kəşf etmələrini bildirir. Seksdə sizin nələrə üstünlük verməyiniz və nələrin sizi seksdən soyutduğunu bilsəniz, partnyorunuzla yaşayacağınız cinsi birlikdəlikdən də o cür zövq alacaqsınız.



Tərəf müqabilinizlə yatağa girdikdə həmin andakı hissləriniz və düşüncələrinizə köklənin. O anda qorxu, hirs və ya gərginlik hiss edə bilərsiniz. Bu hisslərinizi tərəf müqabilinizə bildirməkdən çəkinməyin. Onun da sizin kimi hiss və duyğularını ifadə etməsinə şərait yaradın. Bu, sizin üçün olduqca özəl bir paylaşma olacaq və sizi bir-birinizə bağlayacaq.



Seks həyatınızı inkişaf etdirmək üçün özünüzü meditasiya edin. Bədəniniz stresdən yorğun düşəndə hisslərinizin fərqinə varırsınız və onları daha yaxşı anlayırsınız. Mövcud duruma adaptasiya olmaq üçün meditasiya edin.



Sekslə məşğul olmaq və sevişmək arasındakı fərq hiss və duyğularınızın seksə daxil olub-olmamasıdır. Əgər tərəf müqabilinizlə sevişmək istəyirsinizə, meditasiya edin.



Xarici görünüşün önəm verildiyi bir dövrdə vücudunu kompleks etməyən az sayda qadın var. Lakin özünüzü və bədəninizi sevməyi öyrənin. Bu, seks həyatınıza çox yaxşı təsir edəcək.
lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.