Yatağa corabla girməyin daha bir FAYDASI: orqazmı asanlaşdırır

18 Haziran 2022
1 906
0
Yatağa corabla girməyin daha bir FAYDASI: orqazmı asanlaşdırır
Corabla yatmağın sağlamlığa olan təsirləri ilə əlaqədar bir çox fikirlər mövcuddur. Bəzi fikirlərdə corabla yatağa girməyin faydalı olduğu bildirilsə də, bunun əksini isbat etməyə çalışanlar da var. Feat.Az xəbər verir ki, yeni aparılan bir araşdırma nəticəsində isə corabla yatmağın cinsi münasibətlərə təsiri olduğu ortaya çıxıb.



Belə ki, 2005-ci ildə Groningen Universitetində həyata keçirilən bir araşdırmada yatağa corabla girən cütlüklərin daha yaxşı cinsi həyata sahib olduğu açıqlanıb. Çalışmanın nəticələri Kopenhagendə Avropa İnsan İnkişafı Dərnəyinə verilib. Araşdırmaya qatılan və yatağa corabla girən 13 cütlüyün orqazm olma faizi daha yüksək çıxıb.



Daha çox orqazm
Araşdırmada qadınların 50 faizinin corabsız, 80 faizinin isə corabla orqazm olduğu müşahidə edilib. Bunun qadınların partnyorun soyuq ayaqlarına qarşı mənfi reaksiya göstərməsindən qaynaqlandığını düşünürlər.

Bildirilir ki, araşdırma, əslində, seks əsnasında beynin vəziyyətini araşdırmaq üçün aparılıb. Lakin tamamilə təsadüfən ortaya bu hal çıxıb.



Eyni zamanda yatağa corabla girmək menopauza dönəmində yaranan narahatlıqları da aradan qaldırır. Bəzi qadınlar yatağa corabla girməyin istiliyi tarazlaşdırdığını, menopauzanın təsirlərini azaltdığını düşünür.

Londondakı Klivland Klinikasında da bu fikri dəstəkləyirlər. Mütəxəssislər gecə corabla yatmağın bədən temperaturunu tənzimlədiyini söyləyir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.