Burada bakirələrin ərə getməsi qadağandır - QƏRİBƏ TOY ADƏTLƏRİ

Burada bakirələrin ərə getməsi qadağandır - QƏRİBƏ TOY ADƏTLƏRİ
Evlilik sevən cütlüklərin ən ümdə arzusudur desək, yəqin ki, yanılmarıq. Amma bəzi ölkələrdə evliliklə bağlı elə adətlər var ki, gənclər toy etməkdən imtina etmək dərəcəsinə çatırlar. Feat.Az maraqlı və qəribə toy adətlərini diqqətinizə çatdırır.



Hindistan



Hindistanda gəlin və bəy üçün müqəddəs ocaq qalanır və ətrafına döşəkcə qoyulur. Bu ocağın başına 4 dəfə fırlandıqdan sonra döşəkcəyə ilk öncə kim oturarsa, evdə onun sözünün keçəcəyinə inanılır.





Şimali Koreya




Şimali Koreyada evlənərkən qaz və ördək əhəmiyyətli bir vasitədir. Qədimdə bəylər arxalarına qaz bağlayaraq at üzərində gəlinin evinə gedirlərmiş. İndi isə ördəyi simvolik, taxta ördək olaraq istifadə edirlər. Evlənməzdən qabaq gəlinin evinə taxta ördək yerləşdirilir. Cütlük taxta ördəyi tərs olaraq qoyarsa dava etdikləri, düz formada qalarsa yaxşı anlaşdıqları anlamına gəlir.





Vikinqlər



Vikinqlər dövründə gəlinlər açıq satışa çıxarılırdı. Bəy namizəd qızın üzərindən bir məbləğ müəyyən edib təqdim edir, qızın atası isə bazarlıq edirdi.





Bosniya və Hersoqovaniya




Bəy namizəd qızın evinə dəvət edilərək ailənin böyükləri tərəfindən evlilik haqqında sorğu-suala tutular. Qızın ailəsindəki böyüklər bir qərara gəldikdən sonra bəyə qəhvə təqdim edilir. Əgər qəhvə duzlu və turşdursa, o rədd edilmiş, şirindirsə uyğun görülmüş anlamına gəlir.





Pakistan


Bəy namizəd qızın ailə böyükləri tərəfindən bir sınaqdan keçirilir. Bəyə ağlınıza gəlməyəcək təhqirlər edilir. Əgər o, bu təhqirlərə dözə və soyuqqanlı davrana bilirsə, imtahandan yaxşı çıxmış sayılır.





Quam



Quamda bakirələrin ərə getməsi qadağandır. Bunun üçün qızlar evlənməzdən qabaq bəkarətini pul qarşılığında bu işi həyata keçirən şəxslərə pozdururlar.





Mavritaniya




Evlənməzdən qabaq qızların çəkisi ən azı 100 kilo olmalıdır. Ona görə də bəyin ailəsi tərəfindən gəlinə daima yemək yedizdirilir. Əgər yemək istəməsə, gəlin cəzalandırılır.





Kolumbiya




Gəlinin anası gərdəyə girən cütlüyün yatağının kənarına oturaraq ilk cinsi əlaqəyə şahidlik edir.
lent.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.