Qadınların sevgidə etdiyi 6 səhv » Feat.Az Sekiller, Xeberler, Yazili

Qadınların sevgidə etdiyi 6 səhv

10 sentyabr 2018
824
0
Qadınların sevgidə etdiyi 6 səhv
1. Onların həyatına qarışıb özünüz haqqında unutmaq
Bəzən qadınların hisləri o qədər dərin olur ki, tamamilə sevgiyə qərq olurlar. Onların sevdikləri iş və məşğuliyyətləri, doğmaları sevginin kölgəsində qalır. Qadınlar düzgün etdiklərini düşünsələr də, bu, ən böyük səhvlərdən biridir. Çünki belə olduqda, kişi qadına olan marağını itirir.

2. Həyatının idarəsini kişiyə vermək
Qadınların bir qismi münasibətə başladıqdan sonra sevdiyi adamın təsirinə düşür və kişi qadının həyatını idarə etməyə başlayır. Bura sadəcə saç düzümü, geyim, makiyaj yox, həm də iş, dostluq, boş zamanında nəylə məşğul olmalı kimi vacib məsələlər də daxildir.

3. Kişini məsuliyyətdən uzaqlaşdırmaq
Qadınlar inanırlar ki, əgər onlar qarşı tərəfə problemlərin həllində kömək etsələr, məsələn, ona daha yüksək maaşlı iş tapsalar, bu, onların münasibətini daha da bərkidəcək. Qadın kişinin anası, yoxsa həyat yoldaşı olmaq istədiyini qərarlaşdırmalıdır. Ana kimi davranıb hər işində kömək etməyə çalışmağı onun qərarsız və köməksiz birinə çevrilməsinə səbəb ola bilər.

4. Özünü başqa biri kimi təqdim etmək
Digər səhvlərdən biri isə qarşı tərəfin xoşuna gəlmək üçün heç istəmədən onun sevdiyi şeyləri etməkdir. Əlbəttə ki, kompromis gözəl şeydir, amma bunu çox etmək fərdiliyin itirilməsinə gətirib çıxara bilər!

5. Onun xahişi ilə xarici görünüşünü dəyişmək
Təbii ki, qadınlar görünüşlərinə, saçlarına, geyimlərinə xüsusi diqqət yetirirlər və qarşı tərəfin xoşuna gəlmək üçün bəzən dəyişikliklər də edirlər. Lakin qadınlar unutmamalıdırlar ki, kişilərin istəyi ilə fərqli saç rəngini yoxlamaq və ya estetik əməliyyat etmək doğru deyil. Çünki kişi sevdiyi qadını olduğu kimi də dünyanın ən gözəl qadını hesab edir.

6. Hər dəfə bağışlamaq
Qadınlar çox səbrli olurlar və sevdiklərinə bütün yanlış hərəkətlərini bağışlayırlar. İncikliklər münasibətdə ciddi rol oynayır və bağışlamaq onları aradan qaldırmaq üçün ən ideal variant deyil.
Şərh Yaz