Ən İncə, Seksual və qadınlara xas xüsusiyyətləri əks etdirən BÜRCLƏR

Ən İncə, Seksual və qadınlara xas xüsusiyyətləri əks etdirən BÜRCLƏR
“Öz incəliyimi, lətafətimi və qadınlığımı sübut etmək üçün mənim yatağa ehtiyacım yoxdur. Mən ağacdan sadəcə alma dərəndə ya da ancaq yağışın altında dayananda belə seksual ola bilərəm” – bu sözlər Audrey Hepburn-ə aiddir və bu sözlərində çox haqlı idi. Çox az adamın bəxti böyük aktrisanın bəxti kimi əvvəl çətin, sonra çox rəngarəng və gözəl olub. Ümumiyyətlə, qadınlıq, seksuallıq, lətafət, incəlik çox böyük qavramdır və çox fərqli olur. Beləliklə, ən seksual və qadınlara xas xüsusiyyətləri əks etdirən bürclər aşağıdakılardır:

12. YER — QOÇ
Bu bürc altında doğulan xanımlar, birmənalı olaraq tam bir ovçudurlar. Onlar hər şeyi birbaşa və limitsiz şəkildə əldə etmək istəyirlər. Ehtiras Qoçlarda səngiməyən bir özəllikdir. Əsas odur ki, onlar mübahisə edən zaman ya da sadəcə biraz əsəbi olan vaxtı onlara yaxın durmayasan, bu kişilərə də aiddir.
Onların seksuallığı və cazıbədarlıqları elə onların ehtirasında gizlidir. Bununla onlar bir çox kişinin ağlın başından ala bilirlər.

11. YER — ƏQRƏB
Zəhərli iynəsi olan “ölümcül” bir qadın – ovsunlayar, bütün sağlam düşüncə sistmetini alt-üst edər və sonda sadəcə lazımsız bir əşya kimi rədd edib öz həyatına davam edər. Əqrəbləri çox çətinliklə ram edib özünə aşiq edə bilərsən. Bunu bacara bilən kişilərə qadınlarla düzgün rəftar edə bildiklərinə görə nobel mükafatı vermək olar. Əqrəb – hər addımında seksuallıq, incəlik, zəriflik və cazibədarlıq olan əqrəb xanımlar bu özəlliklərindən mükəmməl köklənmiş bir musiqi aləti kimi məharətlə istifadə edirlər. Kim bacarırsa, özünü gözləsin.

10. YER — OXATAN
Əqrəb kimi Oxatan da öz seksuallığından və cazibədarlığından məharətlə istifadə edir. Bunu o sonradan qazanılmış bir özəllik hesab etmir. Onun üçün bu doğuşdan gələn bir özəllikdir, heç də əlçatmaz görünmür. Bu onun üçün sadəcə məşqlə şişirdilə bilən qol əzələsi kimi bir şeydir. Əsas odur ki, bu ona xeyir gətirsin. Bacarıq və istedadın dərəcəsindən asılı olaraq Oxatanlar seksuallığın istənilən rejimini işə sala bilərlər. Adi bala pişikdən – qan içən super vampirə qədər.

9. YER — OĞLAQ
Oğlaq bürcündən olan xanımları bütün görünən nəticələr ilə yalnız ilham pərisi adlandırmaq olar. Amma şairlərin möhtəşəm şerlər yazmaq üçün arzuladığı ilham pərisi yox. Bu onların lənətidir. Belə xanımdan qaçmaq lazımdır, amma necə? Qadın oğlaq yaxınlaşaraq diqqətlə kişinin gözlərinə baxıb, yüngülcə toxunub gözlərini laqeydcə çəkəcək ki, elə bil bütün marağı öldü. Budur artıq kişi onun əlindədir. O bununla kişiyə ilham verəcək və eyni zamanda kişini müqavimət gücündən məhrum edəcək. Oğlaqın əsas qadınlığına xas xüsusiyyəti elə onun laqeydliyindədir. O heç vaxt kişiyə fokuslanmır və bu əlbəttə ki, çox böyük qüvvədir.

8. YER — ŞİR
Burda hər şey sadədir. Şir bürcündən olan xanımlar – dişi aslanlardır. Zərif, inanılmaz dərəcədə özünə dəyər verən xanımlardır. Şirlərin ətrafında olan xanımlara olduqça çətin olur, şirlərə göstərilən diqqəti onlara da göstərsinlər deyə olduqca əziyyət çəkməli olurlar. Elə kişilərin də vəziyyəti pis olur, əgər onlar yetərincə şirləri tərifləyib diqqət etmirlərsə, şirlər öz xarakterinin əsl gücünü göstərməyə hazır olurlar. Bəzən elə kişilər də olur ki, şirlərin məhz bu özəlliyinə aşiq olur.

7. YER — DOLÇA
Ünsiyyətə açıq, şən, gülərüz, enerjik bir qadın – hamısı dolça bürcüdür. Dolçaların enerjisi kişiləri çox cəzb edir lakin, eyni zamanda da bu enerji oları tez yorur. Hər şey yolunda getsin deyə kişi normal, sakit həyatla vidalaşmalıdır. Onlar təəsüratlarını tez-tez dəyişməyi xoşlayırlar, bir yerdə oturmaq olar üçün deyil, bu sadəcə darıxdırıcıdır.

6. YER — BALIQLAR
Təxmini tərəzilər kimidir, ancaq onlardan daha çevikdirlər. Çox məharətlə incə xasiyyətli qadın obrazına girirlər, ehtiraslı baxışlarla baxıb, bədəninin bütün əzalarını ustalıqla oynada bilərlər. Hətta bəzən bilərəkdən özünü qorxmuş kimi göstərməklə kişiyə sıxılıb “ah necə də qorxulu bir film idi” deyə bilərlər. Kişilər öz növbəsində Balıqların göründükləri kimi zəif olmadıqlarını başa düşür ancaq onlara qarşı qoya bilmirlər. Xasiyyətlərindəki bu ikililik kişiləri ən çox cəzb edən xüsusiyyətləridir.

5. YER — BUĞA
Buğalarda nəsə bir sehir, bir sirr var. Bu tovlayan təbiətinin sirri nədir bilinmir. Buna görə də buğalar çox sirli qadınlar sayılır. Buğaların qadın cazibəsi onların daxili gözəlliyindən və bu gözəlliyin onlara bəxş etdiyi gücdən gəlir. Onların yanında olan kişilər “möcüzələr yaradan qadın” deyə onlardan danışacaqlar. Düzdür, bəziləri bunu nəfəsini tutula-tutula, bəziləri isə ehtiyyat edərək deyəcək. Bu qadınların gözlərinə baxmamaq daha yaxşıdır – dərhal bu cazibədə boğulmaq olar və əmin olun heç bir xilasedici kömək edə bilməz.

4. YER — ƏKİZLƏR
Əkizlərin gözəlliyi üzlərindədir. Forever Young – Səbəb budur. Əkizlər əbədi gənc yaradılmış canlılardır, onların təravətliliyi, səmimiliyi, yeni hisslərin axtarışına hazır olmaqları və qorxusuzluğu insanın ağlını başından alır. Üstəlik, zaman əkizlər üzərində gücsüzdür – həm 40, həm 50 yaşlarında bu qadınlar cavan və təravətli görsənirlər.

3. YER — XƏRÇƏNG
Qayğıkeş – xərçəng bürcü altında doğulan qadınların əsas özəlliyidir. Köməyə, qayğıya, diqqətə ehtiyacı olan hər kəs xərçənglərə etibar edə bilər. Ürəkdən gələn istilik, incəlik, həlimlik və diqqət güclü silahlardır, bu özəlliklər adamın ayağını yerdən kəsir. Xərçənglərin qadınlığı bir etalondur, onu əhatə edənlər isə sadəcə şanslı olanlardır.

2. YER — QIZ
Qız – lar demək olar ki, “superman”-dirlər daha doğrusu super qadın. Onlar çox ağıllıdırlar, onların məntiqi təfəkkürü inanılmaz dərəcədə üstündür. Onlar çox diqqətli, əla yaddaşa sahibdirlər və çox çətin mövzular haqqında sərbəst diskusiya apara bilərlər. Qavramaq, intellekt, daxili intizam – bütün bunlarda ancaq incəlik və zəriflik vardır. Xarici seksuallıq və daxili gücün vəhdəti atom kokteyli kimidir. Onun qabağında heçkəsin şansı yoxdur, salamatı əvvəlcədən təslim olmaqdır (əgər o sizi əsir götürmək istəsə).

1. YER — TƏRƏZİ
Titrəklik və müdafiyəsizlik. Onların yanında istənilən kişi qollarını açır və özünü əsl müdafiəçi kimi hiss edir. Tərəzilər ən çox gözəlliyə və daxili sakitliyə qiymət verir. Ancaq siz bunları onlara verə bilsəz belə, o demək deyilki oların dünyasına daxil olmaq ixtiyarınız yaranıb. İlk baxışdan çox incə və kövrək görünən bu qadınlar, sadəcə üzdən belə mələkdir, daxildən isə dağıdıcı nüvəyə malikdirlər, özlərinə də çox diqqət edirlər. Biraz ehtiyyatlı olun!
1lady.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.