Bu Kişilərə Ərə Getməyin

Bu Kişilərə Ərə Getməyin
Evlilik həyatımızda verdiyimiz ən önəmli qərarlardan biridir. Sevgi bəzən insanın gözünü kor edə bilər və bizi gözləyən təhlükələri görə bilmərik. Ancaq məntiqimizi duygularımızdan öndə tutaraq sevdiyimiz insanın hərəkətlərinə diqqət yetirməliyik.

Feat.Az
xarici mətbuata istinadən evlilik üçün uyğun olmayan kişilərin xüsusiyyətlərini sizə təqdim edir:

Eqoist kişilər


Bu tip insanların həyatının mərkəzi elə özləridir. Sadəcə, öz duyğuları, istəkləri ön plandadır. Onun xoşuna gəlməyən bir şey etdiyiniz zaman asanlıqla sizi tərk edə bilərlər.

Evliliyin ciddiyətini anlamayan kişilər


Sevgilinizin evliliyə qarşı fikirlərini, baxışını öyrənməyə çalışın. Əgər ailə qurmaq haqda söz düşərkən mövzunu dəyişdirirsə və ya evləndikdən sonra belə həyatının bugünkü kimi davam edəcəyini düşünürsə, diqqətli olun. Yanıla bilərsiniz.

Karyeranı ailədən daha üstün tutan kişilər


Doğrudur, qadınlar güclü və bacarıqlı kişiləri arzu edirlər. Ancaq kişilərin karyera sevgisi qadına olan duyğularının önünə keçməməlidir. Əgər bir kişi işini sevgilisindən daha dəyərli görürsə, o zaman evlilik üçün yanlış seçimdir.

Əyləncəyə düşkün kişilər


Hər bir insanın əylənməyə, günlük stressdən azacıq da olsa uzaqlaşmağa haqqı var. Amma qədərində.... Bir kişi daima əyləncə haqda düşünürsə, ondan yaxşı ailə başçısı olmayacaq.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.