Nişanlılıq dövrü nə qədər olmalıdır?
Digər tərəfdən, nişanlılıq dövrünün uzanması eyni məsələlərin zamandan və məkandan asılı olaraq müxtəlif cür şərh olunmasına gətirib çıxarır. Bu isə tərəflərin bir-birilərinin hərəkətlərini səhv qiymətləndirmələri ilə nəticələnir. Nişanlılıq dövrü uzandıqca təbii olaraq kənar təsirlər də artır. Məsələn, tərəflər əksər hallarda öz təcrübələrini digər nişanlı tərəflərlə bölüşürlər ki, bu da bir-birindən fərqli düşüncələrin meydana çıxmasına səbəb olur. Ona görə də, tərəflər bir-biriləri ilə bağlı suallara qısa bir vaxtda cavab tapmalı və evlilik hazırlıqlarının süni şəkildə uzadılmasına imkan verməməlidirlər.
Bundan başqa, əgər tərəflər bir-birilərini həyat yoldaşı kimi qəbul edə bilmirlərsə, nişanlılıq da olmamlıdır. Nişanlılıq müddətinə gəlincə, bu məsələdə müddət 10 ayı keçməməlidir. Nişanlılıq üçün ideal müddət isə maksimum 3-6 ay olmalıdır.