Ayrıldığınız Sevgilinizlə Yenidən Barışmaq İstəyirsiniz?
Əvvəlki sevgilinizlə yenidən barışmaq istəməyiniz yalnızlıq qorxusundan və ya daha yaxşısını tapmamaqdan qaynaqlana bilər. Bu yanlış qərar, sizi başqa yanlış qərara səbəb ola bilər.
Ayrılıq səbəbinizi yenidən düşünün
Keçmişinizə bağlılığınıza görə ayrılılıq səbəbini unudub barışmaq istəyə bilərsiniz. Bu sizi aldadıb, qarşı tərəfin qarşısında hörmətinizi itirməyinizə səbəb ola bilər. Xəyanəti bağışlamaq, təkrarına zəmin hazırlaya bilər.
Bir dəfə bitmiş olan münasibət niyə bir daha bitməsin?
Münasibət bitdikdə iki tərəfdə ayrılığa öyrəşir. Bu reallıq, yenidən ayrılma ehtimalını gücləndirir. Kişilik ilk ayrıldıqdan sonra azadlığı dadıb, bütün sərhədlərini azaldırlar.
Araya başqa insanlar daxil oldumu?
Ayrılıq müddətində başqalarının həyatınıza girməsi, yenidən barışdıqda problem yarada bilər. "Başqası ilə davam edə bilir" hissi və ya qısqanclıq münasibətinizi dərindən zədələyəcəkdir.