Həftədə bir dəfə cinsi əlaqədə olmaq erkən menopauza riskini azaldır

Həftədə bir dəfə cinsi əlaqədə olmaq erkən menopauza riskini azaldır
Həftədə bir dəfə intim münasibətdə olmaq qadınlarda erkən menopauza riskini azaldır.

Feat.Az
xəbər verir ki, Londonda aparılan araşdırmalara görə, həftədə azı bir dəfə cinsi əlaqədə olmaq və ya sevişmək menopauza prosesinin vaxtından əvvəl başlama riskini 28 faizə qədər azaldır.

University College Londonda (UCL) aparılan araşdırmaya görə, yaşlandıqca intim münasibətdə olmadıqda qadında qadınlıq hormonu hesab edilən estrogenin səviyyəsi azalır və bədən qocalmağa başlayır.

"Əgər qadın yaşlandıqca sekslə məşğul olmursa, hamilə qala bilməyəcək. Çünki beyin bədən enerjisini yumurtalığa sərf etməməyə başlayır", - antropoloq Megan Arnot araşdırma nəticələri barəsində danışarkən söyləyib.

Qeyd edək ki, menopauza orqanizmin təbii "qocalma" prosesinin mərhələsidir. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.
Mənbə:Mirror

RƏY ƏLAVƏ ET