Əbədi sevgi mümkündürmü?

22 Nisan 2020
399
0
Əbədi sevgi mümkündürmü?
Meksika alimləri bu suala cavab tapmaq üçün xüsusi araşdırma aparıblar.
Eksperiment zamanı məlumolub ki, əbədi sevgi yoxdur.Təxminən 4 ildən sonra hətta ən böyük sevgi tədricən azalır və bir çox hallarda dostluq, hörmət, bağlılıq kimi hisslərlə əvəz olunur.
Alimlər bunu insan beyində gedən kimyəvi reaksiyalarla əlaqələndirir.

Sevgi yarananda insan beynində adrenalin, dofamin kimi maddələrin ifrazı kəskin şəkildə artır ki, nəticədə insan öz sevgi obyekti haqqında daim fikirləşir, onun yanında olmaq istəyir, onun mənfi cəhətlərinə, səhvlərinə gözyumur və s. Daha sonra beyində xoşbəxtlik hormonların ifrazı tədricən azalır ki, romantik «kor» sevgi də azalmağa başlayır.


Lakin bu o demək deyil ki, sevgi tam ölür. Bir çox insanlarda romantik sevgi daha etibarlı formaya — bağlılığa, doğmalığa keçirir.
Əvvəlki Xəbər