Varlana biləcəksinizmi? - TEST

22 Şubat 2015
1 707
0
Varlana biləcəksinizmi? - TEST
Varlana biləcəksinizmi? - TEST

1. Pul sizin üçün çox əhəmiyyətlidirmi?
2. Pul üçün bir çox şeydən imtina edərsinizmi?
3. Eşq mövzusunda cəsur addımlar ata bilərsinizmi?
4. İş və dərs xaricində illərdir məşğul olduğunuz hobbiniz varmı?
5. Həyatınız boyu kimsədən sizə daha çox məsuliyyət və öhdəlik verməsini istəmisinizmi?
6. Sizin üçün xoşlandığınız kəslərlə ünsiyyət qurmaq asandırmı?
7. Qorxaqsınızmı?
8. Risk etməyi sevirsinizmi?
9. Gələcəklə əlaqədar konkret planlar qurursunuzmu?
10. Duyğularınızı, yoxsa ağlınızın və məntiqinizin səsini dinləyirsiniz?
11. Tez-tez borc alırsınız?
12. Qiymətin bahalığından şikayət edib, aldıqlarınızı aşağı qiymətə düşürə bilirsinizmi?
13. Sizə xəsis olduğunuzu tez-tez deyirlər?
14. Dostlarınıza hədiyyə etməyi sevirsinizmi?
15. Küçədə dilənçilərə pul verirsiniz?
16. Geyimlərə çox pul xərcləyirsiniz?
17. Əlavə xərcləriniz çox olur?
18. Varlı və imkanlı insanlarla münasibət qurmağa çalışırsınız?


Cavablarınızı yoxlayın

"Bəli" lər çoxluq təşkil edirsə:
Siz gələcəyin zəngin siyahılarında iştirak edəcək birisiniz. Risklisiniz, duyğularınızdan çox məntiqinizi dinləyirsiniz və gələcəklə əlaqədar konkret planlarınız var. Varlı və imkanlı şəxs olmaq sizin həyatda ən vacib məqsədlərinizdən biridir. Əgər belə davam etsəniz, gələcəkdə özünüzü istədiyiniz yerdə görə bilərsiniz, amma diqqət yetirin ki, pul sizə təklik gətirməsin! Çünki insanlar pul uğruna bütün yaxınlarını və dostlarını qurban verməyə hazır olur. Maraqlarınız və pul xatirinə sevdiyiniz insanları incitmək doğru hərəkət deyil. Qarşı tərəfin fikrinə hörmət etməyi bacarın.
"Xeyr" lər çoxluq təşkil edirsə:
Siz çox təəssüf ki, zənginlər siyahısında deyilsiniz. Pul sizin həyatınızında elə də vacib bir şey deyil. Sizin üçün puldan da dəyərli və qiymətli şeylər mövcuddur. Məsələn siz insanların sadiqliyini, dürüstülüyünü və hörmətini daha yüksək qiymətləndirirsiniz. Buna görə də bu günlə yaşamağı seçirsiniz və əlinizdə olan pulla qane olursunuz. Yüksək insanı keyfiyyətlərə dəyər verməyiniz təbii ki, çox müsbət haldır. Lakin bir gün çox kasıb və yoxsul qala bilərsiniz. Odur ki, özünüz haqqında bir az düşünün və gələcəyinizlə bağlı planlar qurun.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.