Kişi məhəbbət pisixologiyası

06 Ağustos 2015
3 677
0
Kişi məhəbbət pisixologiyası
Kişi məhəbbət pisixologiyası

Qeyd edək ki, hər bir insanın sevgi haqqında şəxsi fikirləri var. Ancaq psixologiyada “sevgi” adlanan bu hiss fundamental hiss kimi qəbul olunub. Çünki insanın emosiyaları məhz bu hisslə sıx əlaqədədir. Sevgi hissi insanların qəlbində xüsusi yer tutan unikal bir hissdir. Sevgi müxtəlif emosiyayaların yaranmasına da səbəb olur. Məsələn, insan sevgilisindən ayrıldığı zaman kədər hiss edə bilər. Məyus olduqda isə qəzəblənə bilər.
Psixologiyanın inkişaf tarixinə nəzər salsaq görərik ki, insan bu sual ilə qarşılaşanda aciz qalır: “Sevgi nədir?” Lakin bu suala cavab tapmaq çətindir. Səbəb isə çox sadədir. Hər bir şəxs sevgini özünəməxsus izah edir. Sevgi insanın ürəyində, ruhunda sanki bir titrəmə yaradır, zərif hisslər oyadır, xeyirxahlığa, sülhə, sakitliyə çağırır. Bunlarla yanaşı neqativ hisslər də yaşamağa məcbur edir.
Sevgi bir anın içində insanı dəyişdirən bir hissdir. Əgər romantik sevgi yaşayırıqsa, həyat bizə çox gözəl görsənir.
Psixoloji nöqteyi-nəzərdən “Sevgi nədir?”sualının cavabı olsa belə müxətlif və sonsuz olacaq. Sevgini anlamağın ən yaxşı üsulu onu hiss etmək, daxili səsə qulaq asmaqdır. Çünki məhəbbət gözləmədiyimiz bir anda bizi yaxalaya bilər.

Kişilər həqiqətən sevəndə öz məhəbbətini iki halda bildirirlər:


- Birincisi – seçdiyi xanımı itirmək qorxusu əmələ gələndə.
- İkincisi – sevdiyi qadını əldə edə bilməyəndə.
Kişi qadını itirəcəyini hiss etdikdə sevgisini bildirə bilər. Lakin kişinin sevgisini sınağa çəkərkən ehtiyyatlı olmaq lazımdır. Belə ki, bəzi kişilərin tənhalıqdan qorxmaq kimi kompleksi ola bilər. Eləcə də, kişinin özgüvən hissinin aşağı olması da nəzərə alınmalıdır.
Kişilərdə instinktiv olaraq zəif cinsi qorumaq, qayğısına qalmaq kimi bir tələbat özünü büruzə verir. Kişi bu tələbatını yerinə yetirəndə özünü təsdiq etmiş hesab edir. Yəni sevdiyi qadının həyatını təmannasız yüngülləşdirdikdə, ona dəstək olduqda, diqqət və qayğı göstərdikdə özünü rahat hiss edir. Kişi qadından minnətdarlıq sözlərini qəbul etmirsə, o, həqiqətən də sevir.
Eləcə də, kişi seçdiyi xanıma heyran olur. Bəzi hallarda heyranlıq hissi olmur. Lakin bu sevginin yoxluğunu göstərmir. Sadəcə bu əhvalın pis olması ilə bağlı ola bilər.
Əziz xanımlar, psixoloq kimi məsləhət görürəm ki, kişiyə sizi tamamilə fəthetdiyini göstərməyin. Qoy o, sizi zamanla, pillə-pillə qazansın.


Əgər siz çox güclü və sərbəstsinizsə, sevdiyiniz kişiyə qorunmağa ehtiyacınızın olduğunun mütləq göstərin. Çünki hər bir kişidə qadını qorumaq instinkti var. Siz bu instinkti hər zaman realizə etməyə imkan verin.
Hər kəsə sevgi dolu bir həyat arzu edirəm. Sevgi dolu həyat çox gözəldir!
Zülfiyyə Yaqubova
Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.