Əsəbi və ya gərgin olmağınızın əsas səbəbi bu ola bilər!

09 Mart 2016
2 222
1
Əsəbi və ya gərgin olmağınızın əsas səbəbi bu ola bilər!
Əsəbi və ya gərgin olmağınızın əsas səbəbi bu ola bilər!

Rənglər təbiətin bizə bəxş etdiyi hədiyyədir. Lakin onlar hər insana müxtəlif cür təsir edir. Onların təsirindən agah olmaq gündəlik yaşadığımız problemlərin həlli məsələsində böyük rol oynaya bilər. Araşdırmalara görə, rənglər insanlara ya müsbət, ya mənfi təsir edir.FeaT.Az bu haqqda olan xəbəri sizə təqdim edir.



Qırmızı
Enerjinin, hərəkətin rəngi olan qırmızı iş şövqünü artırır. Tənbəlliyin əleyhdarıdır, ancaq qəzəbə və təcavüzə də yol aça bilər. Qırmızı daha çox dinamik məkanlarda: rəqs studiyaları ilə diskotekalarda istifadə edilir. Onun tünd tonları isə sıxıcı atmosfer yaradır.


Narıncı
Narıncının da qırmızı kimi həyəcan bəxş edən, hətta qırmızıdan daha dinamik rəng olduğu müəyyən olunub. Sağlamlıq, canlılıq, yaradıcılıq, inam və cəsarət rəmzi olan narıncı qalibiyyət həvəsini coşdurur. Bu rəng sevinc və xoşbəxtlik bəxş etdiyi üçün mətbəx, uşaq və yemək otağı, eləcə də, dəhlizlər üçün uyğundur. Narıncının istifadə edildiyi məkanda istilik yaratdığı da deyilir.


Sarı
Sarının parlaq, şən və mehriban təsirinin insana ümid aşıladığı müəyyən olunub. İlhamverici sarı bəzən fikirlərin dolaşmasına gətirib çıxarır. O, mətbəx üçün çox uyğundur. İş otaqlarında istifadə edilməməlidir, çünki zehni yorub qarışıqlığa yol açır. Dincəlmə məkanları üçün də uyğun deyil.


Yaşıl
Sevginin, əməkdaşlığın, harmoniya və comərdliyin rəngi olan yaşıl sakitləşdirici təsiri ilə diqqət çəkir. Bu rəng özünü ifadə etməyə yardım edir. Məkanları daha geniş göstərir. Vanna, yataq və iş otaqlarında da istifadə edilə bilər. Açıq tonları divarlar üçün uyğundur.


Mavi
Mavi isə sülhü və sevgini ifadə edir. Xəyalpərəstlik və hədsiz kədər yarada bilər. Yataq otağı daxil da olmaqla hər yerdə istifadə edilə bilər. Yataq otaqları üçün daha açıq tonları uyğundur. Hərəkətin və işin çox olduğu yerlərdə istifadə edilməməlidir. Tünd tonları tənbəllik və melanxoliya yaradır.


Bənövşəyi
Alicənablığı və etibarı təmsil edən bənövşəyi yaradıcılıq və tolerantlıq oyadır. Bu rəngin eyni zamanda unutqanlıq və səbirsizlik yaratdığı da müəyyənləşib. Bənövşəyinin xüsusilə yataq otaqları üçün uyğun olduğu deyilir. Bu rəngin lavanda, yasəmən və orxideya tonlarını yataq otaqları və iş otaqlarında istifadə etməklə, arxayınlıq hissinizi artıra bilərsiniz. Bu rəngin açıq tonları xəstəxanaların gözləmə otaqlarında istifadə edilir.



Ağ enerji sistemini tarazlaşdırır. Yaradıcılıq duyğularını üzə çıxarır və inkişaf etdirir.


Qara, qəhvəyi və boz
Qara, boz və qəhvəyi kimi rənglər isə gərgin və ağır enerjiyə malikdir. Qara digər rəngləri yumşaldır, ancaq tək istifadə edilməməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    sondaki rengleri sevirem bunlarin icinde saridan zehlem gedir..sarini gorende sixiliram..pis tesurat bagishlayir mene...paylashim ucun teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.