Kofeinsiz oyanmağın 7 yolu

23 Ocak 2018
1 334
0
Kofeinsiz oyanmağın 7 yolu
Çox insan səhərləri bir fincan qəhvə içmədən oyana bilmir. Hətta bu elə bir hal alır ki, gün boyu özümüzü yorğun, əzgin, yuxulu hiss edən kimi çıxış yolunu qəhvədə və ya enerji içkilərində tapırıq. Amma bu hal xeyirli olduğu kimi, zərərli təsirlərə də malikdir. Çıxış yolu təkcə qəhvədə də deyil, işgüzarlığınızı artırmaq, gümrah gün keçirmək istəsəniz bunu kofeinsiz də bacara bilərsiniz.

Bunun üçün 7 üsul var ki, biz onları sizin üçün araşdırıb təqdim edirik.

1. Mikro-layihələr


Bir neçə dəqiqəlik maraqlı mikro-layihələrlə maraqlanın. Bu layihələr sizin əsas işinizlə bağlı olmaya bilər. Belə bir layihə ilə maraqlanmaq sizin beyninizi açacaq və yenidən öz monoton işinizlə məşğul olmaq üçün enerji verəcək.

2. Canlandırıcı


Ofis işçiləri öz vaxtlarının böyük hissəsini harada keçirir? Təbii ki, də masa və komputer arxasında. Beşinci nöqtənizi bir neçə dəqiqəlik oyadın və bu, sizdə gərginliyi azaldacaq, gümrah olmağınıza kömək edəcək. Həm də, bu sağlamlıq üçün faydalıdır və mürgüləməyi tez aradan qaldıracaq.

3. Mürgüləməyi aradan qaldırın


İş gününün bitməsinə bir neçə saat qalıb amma sizin məhsuldarlığınız hələ də yerində deyil? Mürgüləməyi necə aradan qaldırmaq olar? Bunu çox asanlıqla bacara bilərsiniz. Belə ki, ofisdə masa arxasında əyləşərkən bir əlinizə nəsə götürün. Siz mürgülədiyiniz vaxt o əlinizdən düşəcək və siz səs-küyə oyanacaqsınız.

4. Oyunlar


Oyun oynamaq özünüzü silkələmək və beyninizə dopinq vermək üçün çox əla yoldur. Xüsusilə də, rəqabəti, strategiyası və sosial qarşılığı olan oyunlar çox yaxşıdır. Məsələn, WeeWar kimi oyunlar.

5. Maye


Beyninizin tam işləməsi üçün suya ehtiyacı var. Mayo Clinic bədənin su ehtiyatlarını üç növlə təklif edir:

Bərpaedici – Burada əsas ideya gün boyu orqanizmin maye ehtiyatını itirməməyə yönəlib. Buraxlanma, nəfəs almaq yolu ilə böyük insanlar hər gün 1 litr su itirirlər. Sadəcə siz gündə nə qədər su itirməyinizi bilməlisiniz ki, onu bərpa edə biləsiniz.

8-də 8 – Bir gündə 8 dəfə 8 unsiya (2 litrdən çox) su içmək lazımdır – bu oyanmaq və gündəlik nə qədər su içməli olduğunuzu bilmək üçün çox yaxşı yoldur.

Müəyyənedilmiş keyfiyyət – Həkiminiz sizin üçün gün ərzində nə qədər su içməli olduğunuzu müəyyən etməlidir. Bunun üçün həkim sizin çəkinizi, yaşınızı, boyunuzu, cinsi və fiziki sağlamlığınızı nəzərə almalıdır.

Günortadan sonra hər saata 1 stəkan olmaqla 4 saat su içmək sizə bir fincan qəhvənin verdiyi enerjini verəcək.

6. Dostlarla telefonla danışmaq


Ofisdəki işinizdən ayrılın, yarım dəqiqəlik dostlarınıza zəng vurun. Görüş, əyləncə üçün plan qurun. Bu sizin diqqətinizi toplamağa yardım edəcək, həm də vaxtınızı çox almayacaq, eyni zamanda da işinizi tez bitirməyə kömək edəcək.

7. Məşqlər


Ofisdə kiçik məşqlər edin, nahar vaxtı gəzin. Bu beyninizi və orqanizminizi gümrah

saxlamağınıza yardım edəcək.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.