Makiyaj sirləri: gündəlik göz makiyajında önəmli məqamlar

04 Şubat 2015
5 237
0
Makiyaj sirləri: gündəlik göz makiyajında önəmli məqamlar
Makiyaj sirləri: gündəlik göz makiyajında önəmli məqamlar


İstər adi, istərsə də özəl günlərdə qadınlar daha gözəl görünmək üçün makiyaj edərlər. Göz makiyajı qadının canlı və cəlbedici görünməsi üçün ilkin addımdır. Lakin göz makiyajı özəl və adi günlərdə bir birindən fərqlənməlidir.

Gündəlik göz makiyajı:
Əgər iş qadınısınızsa, yəni səhərlər tez oyanmalısınızsa sizin üçün ideal tonlar açıq və sadə tonlardır. Daha çox çəhrayı və ətrəngi tonlar səhər makiyajı üçün idealdır. Qəhvəyi rənglərdə göz kölgəsi tətbiq edə bilərsiniz.şəkil göz makiyajə

Səhərlər göz ətrafınızda korrektordan istifadə etməyiniz çox önəmlidir. Özəlliklə göz altınızda daha çox tətbiq etməlisiniz, göz qapağınızı unutmamağınız şərtiylə. Bütün gün ağır iş rejimində çalışan qadınlar üçün qalıcı göz makiyaj ancaq göz qapağına tətbiq etdiyi korrektorla mümkündür.

Səhər makiyaj edərkən layner ya da göz qələmini incə bir xətt olaraq tətbiq etməlisiniz. Beləliklə, qələminizin qarışması çox böyük problem olmayacaq.

Açıq rənglərdən istifadə etməklə bərabər, ağ göz qələmini də unutmayın. Daha çox göz uclarınıza və qaş altlarınıza tətbiq edin.

Qalıcı və cəlbedici bir maskaradan istifadə edin. Hətta maskaradan öncə azca pudra vursanız, kirpikləriniz maskaradan sonra daha dolğun görünəcək.


Gələn yazımızda gecə makiyajının sirrləri və diqqət edilməsi lazım olan məqamlardan danışacağıq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.